Page 336 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 336
XX əsrin Norveç hekayələri
– Deməli, dənizçi deyil.
– Niyə elə deyirsən? Dənizçilər də uşaqları çox sevir. Kapi -
tan köməkçisinin oğlunu görmüsən? Gəmiyə gələndə hamı
əzizləyib qucaqdan-qucağa ötürürdü. Dülgər uşağa necə
təbəssümlə baxırdı, elə bil dünyanı ona bağışlamışdılar...
– Yenə başladın? Dülgər! O haranın...
– Qulaq as, sən bayaq dülgər barədə bir söz işlətdin. Onun
mənası nədir?
– Demişdim ki, impotentdir. Yəni kişi kimi heç bir işə yara -
mır.
– İlahi, bizim tankerdə ən işgüzar adam odur.
– Əşi, o mənada demirəm. Yəni qadınla yataqda heç nə
bacarmır.
– Hardan bilirsən?
– Arvadı deyib.
– Bəs cavan qadın yataqda heç nəyə yaramayan kişiyə niyə
ərə gedib?
– Çoxdanın subayı idi, yaxşı pulu vardı. Arvad onun puluna
gəldi. İndi kef eləyir, pulları sağa-sola xərcləyir.
– Qadın özü sənə dedi ki, ərim o söz, yəni...
– Şəxsən mənə yox, amma bir oğlana danışıb. Tanker Rot-
336
terdamda dayananda arvad əri ilə görüşməyə gəlmişdi. Həmin
oğlanla da elə orda tanış olub, sonra da yatağa girib.
– Dəli olmusan, nədir?
– Mən yox! Amma dülgər, hə! Yaman ilişib!
– İlahi, özün kömək ol! Qadının məkrliyinə bax!
– Belə-belə işlər. Necə deyərlər, “sevgi və istəklə” yatağa
girənlərin axırı belə olur.
– Bəs bizim kimi adamlar neyləsin? Özümü və səni nəzər -
də tuturam. Yaşımızın üstünə yaş gələndən sonra arzu edəcə -
yik ki, evimizdən körpə səsi gəlsin...
– Əşi, qurtar görək, yorulmadın? Keşiş kimi hey ailədən
dəm vurursan. Birdən cənub sularında üzməli olduq, onda
necə? İllərlə evə ayaq basmırsan, ailə nəyinə gərəkdir? Evə pul
göndər, məktub yaz, cavab gəlməyəndə ürəyinin içini ye.