Page 339 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 339
Qunnar Bull Qunnersen
Birdən səsini kəsdi. Sakitləşib oturdu. Gözlərini geniş açsa
da, kor adam kimi heç nə görmürdü. Gözündən yaş axdı,
qandallı əllərini yumruq kimi sıxıb dizlərini var gücü ilə döyəc -
ləməyə başladı. Kiçik matros isə əlləri ilə üzünü örtüb
oturmuşdu, başını qaldırmırdı. Böyük matros dizlərini yum -
ruqlayırdı...
– Ürəyimə girib niyə hisslərimi yerindən oynatdın? Bu
axmaq moizən kimə lazım idi? Çərənləyib niyə məni bu
sərsəmlərin üstünə saldın? Niyə? – dizlərini elə döyəcləyirdi
ki, sanki bununla kiçik matrosu başını qaldırmağa məcbur
edəcəkdi. – Axı niyə? Hansı şeytan səni yoldan çıxartdı? Niyə
belə elədin?
Azacıq qalxdı, amma polis onu kobud surətdə yerinə
oturtdu. Büzüşüb hönkür-hönkür ağlamağa başladı.
– What did say? (O nə dedi?)
– Something about oil. (Nəsə neft barədə çərənləyir.)
– And what`s wrong with that? (Nə problem var ki?)
– I don`t know. (Bilmirəm.)
339