Page 325 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 325
Qunnar Bull Qunnersen
Biz neft daşıyırıq
anker. Su tutumu altı min tondur. Xam, qatı və qara
Tneftlə yüklənib. Hazırda körpüyə yan alıb. Bir saat
əvvəl tankerdəki nefti boru ilə neftayırma zavoduna nəql
etməyə başlayıblar. Səfər altmış yeddi sutka çəkib. Körpünün
qarşısında taksi sürücüləri dənizçilərin başının üstünü alıb,
müştəri səsləyirlər! Buradan bir az aralıda, şəhərcikdə rəqs
gecəsi var, ingilis qızlarının əlindən tərpənmək olmayacaq.
Taksilər bir tərəfə yeddi şillinqə aparır. Bir saatdan sonra
pivəxanalar, üç saatdan sonra isə rəqs salonu qapılarını
müştərilərin üzünə açacaq. Xariciləri görəndə qapıçının çiçəyi
çırtlayır, gülümsünür: şəhər o qədər də böyük deyil. Rəqs
salonundakı qızların da üzündən təbəssüm əskik olmur. İki-iki,
üç-üç toplaşıb salonun bir küncündə saymazyana oturub
kavaler gözləyirlər.
Kimsə gəmidə qalıb nasosların işinə nəzarət etməlidir. Al-
laha şükür, nasoslar saz işləyir, sabah axşama bitirərik. Sonra
yenidən səfərə. Altmış yeddi, altmış səkkiz, ya da altmış doq -
quz, bəzən yetmiş sutka dənizdə olacağıq – neft gətirməyə 325
gedəcəyik. Orada sahilə çıxmağa icazə verilmir. Vaxt qızıl, neft
qızıl! Nasosun işinə baş mexanik nəzarət edir. O, kapitan
köməkçisi və matroslardan biri gəmidə qalır – növbədən əlavə
işləyib artıq pul qazanmaq ciblərini yırtmır ki! Mühərrikin
porşeni təcili çıxarılmalıdır. İşi səhərə qədər bitirmək lazımdır.
İşlək, usta əllərə böyük ehtiyac var. Pulları artıqlamasıyla
ödəniləcək: vergi, cədvələ uyğun, nə qədər lazımdırsa, tutu-
lacaq. Şikayətlənməyin yeri yoxdur. Altmış yeddi sutka üzməyə
alışmış təcrübəli dənizçilərin dünya vecinə deyil. Tankerə,
dənizə elə öyrəşiblər ki, sahilə düşəndə darıxırlar. Deyirlər ki,
evdə olanda gəmi mühərrikinin uğultusu və dalğaların
səsindən ötrü burunlarının ucu göynəyir. Dənizdə hələ çox –
altmış yeddi, yetmiş sutka üzəcəklər, sonra həmişəlik sahilə