Page 320 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 320
XX əsrin Norveç hekayələri
olu nacaq. O, kommivoyajer olacaqdı. İşiylə əlaqəli olaraq tez-
tez hotellərdə qalan, alver eləyən, sınaq nümunələri ilə dolu
maşınla gəzən adamlardan biri olacaqdı. Yaxşı pul qazanacaq,
axşamlar isə barda bir-iki qədəh içə də biləcəkdi...
Ertəsi gün səhər şəhərdən çıxdı. Beynində çəhrayı rəngli
donuzlar, bənövşəyi işarəli qara fırçalar vardı, Ulisa xala da
burulğan kimi fırlanırdı. Bir gün əvvəl yatmazdan qabaq iki
saat güzgünün qarşısında dayanıb məşq elədi:
– Salam, xanım! Ananız evdədirmi?
Hə, indi başlamaq olardı. O artıq xəritədə dairəyə alınmış
əraziyə, ancaq onun üçün ayrılmış həmin ticarət rayonuna
gəlib çatmışdı. Ərazidəki bütün evlərə baş çəkəcək, hər sözü
bəzəyib-düzəyib danışacaq, nəticə də özünü tez göstərəcək.
Necə deyərlər, çalışqan əlin toxunduğu hər şey qızıla dönər.
Odu, meşənin ətəyində bir ev var. Yösse cəsarətlə fru Selmarın
maşınını yolun kənarında saxlayır, içərisi nümunələrlə dolu
çamadanı təntənəli şəkildə əlinə alır və evə tərəf yönəlir.
Qapını göy, dama-dama önlüklü, üz-gözü qırışmış bir arvad
açır, əlləri una bulaşıb.
– S-salam, – cəsarətsiz halda deyir və bundan başqa heç
320 bir söz əlavə edə bilmir. Söz axını buz parçasına çevrilib
boğazında donub-qalır.
– Gir içəri, oğlum! Nə satırsan? Yox, siz kommivoyajerlər
mənə kələk gələ bilməzsiniz. Mən ancaq lazım olan şeyləri
alıram, özü də dükandan, vəssalam. Amma sən yenə də bir
otur, oğlum, can bala, çox yorulmusan...
– Sizin donuzlarınız var? – Yösse gözlərini mətbəxin
divarındakı ədviyyatlarla dolu mavi taxçaya zilləyib küt-küt
soruşur.
– Nə? Donuz? Həmişə Milad bayramında yarım donuz
sifariş edirik. İki nəfərə xeyli müddət bəs eləyir. Qonşu xutorda
əla donuzlar saxlayırlar. Deməli, sən buralarda gəzib donuz
sifarişi qəbul edirsən? Nolar, bizim hamımız nəyləsə dolanma -
lıyıq, həqiqət budu.