Page 326 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 326
XX əsrin Norveç hekayələri
qayıdıb təqaüdə çıxacaqlar, qocalıb əldən düşmüş adamlar
kimi Əzrailin yolunu gözləyəcəklər. Sahildə kimsə onları yada
salmır, dənizçilik idarəsindən başqa! Çünki adları idarənin
kartote kasında yazılıb, buradan pensiya alır, qanunla vergi
ödəyirlər. Deməli, bu, hələ son deyil, yaşamağa dəyər!
Gəmidə nisbətən cavanlar da çalışır, növbədən sonra qalıb
artıq pul qazanmaq onların vecinə deyil, təki gəmi körpüyə
yan alan kimi sahilə çıxsınlar. Əsl həyat oradadır! Cəmi bir gecə
vaxtları var, gərək macal tapıb hər şeyin dadını çıxarsınlar. Kim
bilir, bir də bura qayıtmaq nəsib olacaq, ya yox? Zaman dəyişir,
gəmi başqa fraxt altında üzə bilər, bazara yeni oyunçular
girər...
Müasir neftdaşıyan tanker. Geniş və işıqlı kayutlar, gəminin
arxa hissəsində komandanın öz kayut-kompaniyası var.
Divarları rəsmlər və reproduksiyalar bəzəyir. Çox gözəl və rahat
interyer yaradılıb. Kayutlar kondisionerlərlə təchiz olunub.
Gəmi sahibi canlara dəyən adamdır, mərhəmətlidir, özü
üzməsə də, neftdaşımanın mahiyyətini yaxşı bilir, gəminin və
dənizçilərin qayğısına qalır. Əlüzyuyanlar və duş kabinələri də
gəminin arxa hissəsində yerləşir: dəhlizin bir tərəfində mat -
roslar, digər tərəfində isə mexaniklər üçün. Cavanların
326 çimməkdən ötrü ürəyi gedir. Bosman və yaşlı dənizçilərdən də
bir neçəsi onlara qoşulur. Digər “qocalar” isə sahilə düşür, bir-
iki parç pivə içib özlərini günə verirlər. Deyirlər ki, bizə bundan
artıq heç nə lazım deyil! Bir sözlə, belə həyatdan yerlə-göy
qədər razılıq edirlər. Dərhal da geri, tankerə qayıdırlar. Piyada
gəzməklə araları yoxdur, pivəni içdin, otur taksiyə, xoş gəldin!
Tankerə dönüb kayutlarında mışıl-mışıl yatırlar, sanki yuxunun
həsrətini çəkiblər. Amma mehriban, hər şeyin yerini bilən
adamlardır. Həyatın hər üzünü görüblər.
Cavanlar isə vurnuxmaqdan doymurlar. Hələ bərkə-boşa
düşməyiblər. Ağıllanmırlar, gənclik həvəsi ilə alışıb-yanırlar. Bu
yanğı onların beynini dumanlandırır, şəhvət hissini cilovlaya
bilmirlər. Sahilə çıxan kimi sanki həyatlarının son gecəsini
yaşayırlar: səhərəcən yeyib-içib əylənirlər. Bəyəm ingilis qızları