Page 346 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 346
XX əsrin Norveç hekayələri
lər? Ürəyim mühərrik kimi işləyirdi. Heç vaxt fikirləşməzdim
ki, ona cin lazım olacaq. Ən çətini limana yan almaq idi. Gə -
mini losmanın mühərrikli qayığı ilə yan-yana sürməyə qorxur-
dum. Mənə elə gəlirdi ki, qayıq gəminin altında qalacaq. O
dəfə Biskay körfəzində belə də oldu. Onda losman hirsindən
cilov gəmirirdi.
Çoxdan istefa verməliydim. Gəmini idarə eləyə bilməyən
kapitan kimə lazımdır? Məni heç müfəttiş də götürməzlər.
Bilirlər ki, içirəm, hər şeyi bilirlər. Belədə dənizlərdə dolaşıram,
xeyli pul-para qazanıram”.
Şturman kapitanın arvadı haqqında fikirləşirdi. “Zavallı
Liza! Kapitan onunla heyvan kimi davranır. Hə, heyvan kimi.
Yoxsa dəli olmazdı. Onun, uşağının gələcəyinə zərbə vurmaq
nə dərəcədə doğru olar? Vəzifədə qalmaq xətrinə buna gedə
bilərəmmi?”
Saat on birin yarısıdır, – radist qız həyəcanlanmağa başladı.
Kapitanı tər basmışdı. Əlləri əsir, bütün bədəni titrəyirdi.
Mavi gözləri qıpqırmızı olmuşdu.
Onsuz da, onlardan hansısa hər şeyi açıb danışacaq. Onda
onun axırı çatacaq. Amma müharibə zamanı ən gənc kapitan
idi. Onun gəmisini iki dəfə torpedayla vurmuşdular, yaralan -
346
mışdı, amma döyüş meydanından qaçmamışdı. Normandiya
əməliyyatında iştirak etmişdi, gəmilərlə neft daşımışdı…
Hə, o vaxtlar neft daşıyırdı. İndi isə bu iyrənc məkanda
oturub, öz adamlarının gözünün içinə baxmağa da qorxur.
Bir qurtum cin olsaydı. Bircə qurtum. İçməyə icazə verm ə -
sələr, gəmiyə gedib çıxa bilməyəcək.
Şturmanla radist baxışdılar.
“Maraqlıdır, – qız fikirləşirdi. – İçəndə birtəhər işinin öh -
dəsindən gəlir, içkini atmaq istəyəndə isə aləm bir-birinə
qarışır! İçənlər çoxdur. Dar gündə ona kömək etmədik, o da
araq içməyə qurşandı. Amma burada özümüzü elə aparırıq,
elə bil aydan arı, sudan duru adamlarıq!”
Şturman stolun üzərinə əyilib, kapitanın gözünün içinə
baxdı. Demək istəyirdi ki: “İç, üstündən də pastila konfeti