Page 369 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 369

Eynar Ekland

          də soyuq olmazdı. Əvəzində yalançı təriflər baş alıb gedərdi,
          onun çəp baxışlarını da görməzliyə vurardılar. Onda...
             Bu fikirləri başından çıxarıb atdı. Öz gizli sığınacaqlarından
          birinə girdi.
             Osteyn onlara, sahiblərə məxsus olmalıydı. Onların
          istədikləri bu idi. Bəyəm bu adamlar hər şeyi özəlləşdirməyə
          nail olmurlar? Bəyəm hər şey onlara məxsus deyil? Hətta o
          özü də.
             Alnında tər puçurları əmələ gəldi.
             Qəm dəryasına batdı.
             Gördüyü işi yadına saldı. Heç vaxt bitib-tükənməyən, çirkli,
          yorucu iş. Söy və işlə. Düşün və işlə. Onların, sahiblərin heç
          vaxt görmək istəmədikləri şey. Hər işi ona tapşırır, ona
          gördürürdülər. Yox, o, heç vaxt azad ola bilməz.
             Onsuz da bərk olan döşək o üz-bu üzə çevrilməkdən,
          yerində eşələnməkdən daha da bərkimişdi. Nifrət yaxınlıqda
          gizlənmişdi və yuxu üçün zəruri olan rahatlıq yox idi. Nəfəsi
          xışıltıyla çıxırdı. Bunu özü də eşidirdi. Nəfəsi onun azad olmaq
          istədiyi bir şey kimi ağzından təkanla çıxırdı.
             Ancaq indən belə...
             İndən belə, bircə gün də olsun, onların tapşırdığı işi
          görməyəcəm. Heç bir işi. İndi mən onlara heç nə ilə bağlı de -  369
          yiləm. Yetər daha. Nəhayət ki, onlardan canımı qurtardım,
          azad oldum. İndi özüm öz başımın ağasıyam.
             O, üzü üstə düşüb, dirsəklərini və dizlərini döşəyə
          dayamışdı, üzünü yastığa tutub qızğıncasına pıçıldayırdı: “Mən
          özüm! Vəssalam! Qurtardı!”
             Osteyn bu sözləri eşitməliydi.
             Sonra yorğuncasına dartındı. Birazdan yuxuya getdi.
          Atılmış kimi görünən ağ, çılpaq ayağı çarpayının qırağından
          aşağı sallanıb qalmışdı.
             “Burax! Bu, mənimdir! Vermərəm!”
             Amma səsini heç kim eşitmirdi, çünki bu, yuxuda idi. Elə
          qorxmuşdu ki, heç dodaqlarını da tərpədə bilmirdi.
             Onlar bileti ondan qoparmaq istəyirdilər.
   364   365   366   367   368   369   370   371   372   373   374