Page 370 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 370

XX əsrin Norveç hekayələri

                   Qaranlıq künclərdən qüvvətli, acgöz əllər irəli uzanmışdı;
               onlar əllərini onun çılpaq dayandığı işığa tərəf uzadır, üst-
               başını axtarırdılar. Osteyn görürdü və başa düşürdü ki, əgər
               axtardıqlarını tapsalar, onu heç vaxt buraxmazlar. Tapmağına
               isə mütləq tapacaqlar. Tapmalıdırlar. Burada, işıqda
               gizlənməyə yer yoxdu. Onların barmaqlarını artıq kürəyində,
               qoltuğunun altında hiss edirdi. İndicə tapacaqdılar!
                   Yox!
                   Yuxudan ayılanda, gözlərini açanda artıq başqa adam idi.
               Hər şey hərəkətsiz idi. Yad idi. Naməlum idi. Sanki hər şey
               donmuşdu.
                   Lakin həyat, necə olsa da, qayıdırdı. Əyninə quru paltar
               geyinəndə bədənə yayılan istilik kimi.
                   Osteyn öz gecə yolçuluğundan qayıdıb yeni günə qədəm
               qoydu. Lotereya bileti də gizlətdiyi yerdə, pəncərə köbəsinin
               arxasında idi.
                   Bu gün necə istəyirlər, elə də eləsinlər. Mənim öz işlərim
               var.
                   Paltarını geyindi, bileti götürüb aşağı düşdü.
                   Ev sahibi qəhvəni elə nəlbəkidən hortladırdı. Sir-sifətində
         370   heç bir dəyişiklik gözə çarpmırdı. Həmişəki kimi, başını yün -
               gülcə əsdirdi. Səhər salamlaşması bununla da bitirdi.
                   – Bu gün iş xirtdəkdəndir. Yeməyini tez qurtar, biz çoxdan
               durmuşuq.
                   Nifrət. Aşkar nifrət, başqa heç nə.
                   – Şübhə eləmirəm.
                   Sahib qaşlarını çatdı. O, belə cavablara adət eləməmişdi.
               Deyə sən, bu tənbəl ona buynuz çıxarırdı. Bəyəm onu yem -
                 ləyən sahib deyil? Yoxsa bu gədə qudurub?
                   Osteyn tamamilə sakit idi. O, tələsmədən sahibin sifətinə
               baxdı, indi bundan həzz alırdı.
                   – Piylənmiş şeytan, yum öz murdar ağzını! Mənim sənə
               bor cum yoxdur, nə istəyirsən de, heç sənə tüpürmək də istə -
               mirəm. Bunu görmüsən?
   365   366   367   368   369   370   371   372   373   374   375