Page 375 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 375

Qunnar Lunde

          qədər çalışsam da, tapşırıqların öhdəsindən gələ bilmirdim.
          İndi, yəni professorun izahı həmin tapşırıqlardan çətin olacaq?
          Amma bunu nəzərə almasaq, həyatım boyu qarşıma çıxan
          bütün çətinliklərə uğurla sinə gərmişəm. Hellenlə olan
          hadisəni xatırlamaq istəmirəm, onda lül-atəş idim...
              – Şübhəsiz, biz onu əsas götürürük ki, düşmən silahdan
          istifadə etmir. İrəli sürdüyümüz ideya təsdiqini taparsa, belə
          də olacaq. İlk növbədə, düşmənin zəif nöqtəsini müəyyən
          etməliyik. Sualı başqa cür səsləndirək: psixoloji baxımdan, hər
          bir insanın zəif yeri nədir? Əlbəttə, ləyaqəti, heysiyyəti. Yəqin,
          psixologiya fənnindən bunları ətraflı öyrənmisiniz. Deməli,
          psixoloji vasitələrdən istifadə etməklə düşmənin heysiyyətinə
          zərbə endirmək lazımdır. Bunu isə çox sadə yolla həyata
          keçirmək mümkündür. Hətta düşündüyünüzdən də sadə!
          Konkret nümunənin timsalında izah edim. Cavan da olsanız,
          yəqin, indiyə qədər kimi isə “təhqir” etməyə macal tapmısınız.
          Bəzən istəmədən, təsadüfən qarşınızdakı şəxsin ləyaqətini
          alçaltmısınız. Həmin şəxsin reaksiyasına fikir vermisinizmi?
          Təhqir olunmuş insan qızarır, əlləri tərləyir, səsi tutulur və sair.
          Əminliklə bildirirəm: belə insan təhlükəli düşmən sayıla
          bilməz. Bu vəziyyətə düşmüş adam sizə heç nə edə bilməz.
          Əksinə, siz bu şəxsin başına istədiyiniz oyunu aça bilərsiniz.  375
          Bildiyiniz kimi, hər bir insanın belə bir arzusu, bəlkə də,
          ehtiyacı var: məşhurlaşsın, başqaları onu tanısın, haqqında
          danışsınlar. Məhz bu, birbaşa psixi hücumun əsasını təşkil edir.
          Düşmən hiss edəndə ki, gücsüzdür, hamı onu lənətləyir, ondan
          zəhlələri gedir, onun yalnız bir çıxış yolu qalır. Etiraf! İnamla
          deyə bilərəm ki, bu halda seksual ehtiyac, faktiki olaraq, arxa
          plana keçir. İnsan yalnız etiraf barədə düşünür. Beləliklə,
          təhqirə məruz qalmış düşmən başqalarının gözündə
          böyümək, onların rəğbətini qazanmaq üçün hər şeyə hazırdır.
          Bu zaman o artıq sizin əlinizdədir. Ürəyiniz nə istəyirsə, tələb
          edin, dərhal razılaşıb yerinə yetirəcək. Belədə bir məsələni
          dəqiq müəyyən etmək lazımdır: düşmənin yarınmaq, xidmət
          göstərmək istəyinə sizin münasibətiniz necə olmalıdır? Rəqibi
   370   371   372   373   374   375   376   377   378   379   380