Page 379 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 379

Qunnar Lunde

          göstərən hərbi məktəblərdə bu üsuldan, demək olar ki,
          istifadə olunmur. Hesab edirəm ki, bunu mütləq sınaqdan
          çıxarmaq lazımdır və ideyanıza görə sizə minnətdaram. Etiraz
          etmirsinizsə, bu ideyanı, – gəlin onu “mənəvi dəyərlərə hü -
          cum ideyası” adlandıraq, – mövzu üzrə keçiriləcək beynə lxalq
          konfransda səsləndirim.
             Hə, hörmətli tələbələr, indi, mühazirənin sonunda, gəlin
          qısa nəzəri girişdə öyrəndiyimiz metodu təcrübədə tətbiq
          edək. Aranızdan bir nəfəri lövhəyə dəvət edəcəyəm, yerdə
          qalanlar isə onun ləyaqətini alçaltmağa çalışacaqlar. Əlbəttə,
          qısa müddətə, sonra biz onun şərəf və ləyaqətini dərhal bərpa
          edəcəyik. Məsələn, siz, mənəvi dəyərlərə hücum təklif edən
          oğlan, xahiş edirəm, lövhəyə çıxın. Məncə, təhqirlərə dözə
          bilərsiniz, zənnim məni aldatmır.
             Qalxıb lövhə qarşısına çıxıram. Auditoriyadakıların diqqəti
          mə nə yönəlir. Baxışları ilə məni öyrənməyə çalışırlar. Qorxu-
          ram, təhqir etməyə bir şey tapmasınlar. Gülümsünürəm. Pro-
          fessor mənə baxır. Qəfildən ciddi görkəm alır:
             – Siz bir bu tipə baxın! Siçana oxşayır. Hələ dişlərini demi -
          rəm. İki dişi, siçan kimi, qabağa çıxıb. İlahi, necə də eybəcər -
          dir? Tfu! Siçan bunun yanında toya getməlidir!
             Hiss edirəm ki, sifətim qızarıb. Neyləyim, həmişə belə -  379
          yəm... Həyəcanımı təbəssümlə ört-basdır etməyə çalışıram.
             – Hə, gör necə bic-bic gülür, dişlərini gizlədir! Deməli,
          sözümüz ona yer eləyib! – auditoriyadan kimsə dillənir.
             Sonra başqaları yerdən söz atır. Ünvanıma acı, kəskin
          sözlər söyləyirlər. İlahi, sən demə, məni görən gözləri yox imiş!
          Niyə? Onlara nə pisliyim keçib? Axı bir qrupda oxuyacağıq,
          günümüz birlikdə keçəcək! Yox, bu sözlərdən sonra... Gözlə -
          rimi yumuram, təhqirlər isə güllə yağışı kimi yağır.
             – Gülməsəydi, daha yaxşı olardı, bizi məmnun edərdi. Əyri
          dişləri adamın gözünə girir! O dəqiqə bilinir ki, adama -
          yovuşmaz tipdir!
             – Mən ona cırtdan adam deyərdim! Görəsən, boyu neçə
          qarışdır? Bir altmışdır? Bəlkə, bir altmış beş, hə? Bundan çox
          olmaz! Potanın biridir!
   374   375   376   377   378   379   380   381   382   383   384