Page 383 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 383
Qunnar Lunde
Mənə uzatdığı siqareti götürürəm.
Çaşqın və anlaşılmaz baxışlarını mənə dikir.
– Hesab edirəm ki, bu iş üçün yaramıram, – professorun
gözlərinin içinə baxıram. – Qətiyyətim çatmır. Hissiyyatım
həddindən artıq güclüdür.
– Siz, hər bir təcrübəsiz gənc kimi, özünüzə inamsız
yanaşır sınız. Bir neçə gün fikirləşin, düşünüb-daşının. Məndə
elə bir təəssürat oyanıb ki, gələcəyiniz parlaqdır, uca zirvələri
fəth etməyə qadirsiniz. Hissiyyat təkcə sizdə yox, hamımızda
güclüdür. Amma bu hissiyyata görə öz üzərinizdə nəzarəti
itirmək olmaz. Nəhayət, ölkənin müdafiə sistemi üçün bunun
necə vacib olduğunu düşünün.
– Vətənpərvərlik – köhnəlmiş hissdir, özünüz belə dediniz.
Məni dilə tutmaq mənasızdır. Qəti qərara gəlmişəm ki, fəndən
imtina edim.
Professorun yanaqları qızarır.
– İmtina etməyə icazə verilmir! – qəti bildirib qarşısındakı
kağızlara baxır.
– Bu fənni oxumaq istəmirəm, bildin, qoca axmaq, köpək
balası! Hə, niyə qızardın? – düşündüm ki, əgər professorun
rəngi qızarıbsa, deməli, qalib gəlmişəm. 383
– Bu, mümkün deyil! Dəf ol! Çıx çölə! Cəhənnəm ol! – pro-
fessor bağırır, sifətindən tər damcıları axır.
Qəhqəhə çəkirəm.
– Qoca köpəyin, impotentin birinin əmrinə tabe olmaq
mənə lazımdır? Arvad kimi dilin uzundur, deyəsən? Özünü
dahi sayırsan?
Professor əvvəlcə cavab vermir, sonra qəfildən bağırır:
– Piqmey, siz mənim ayağımın tozu da ola bilməzsiniz!
Professor göz yaşları içində boğulur. Hərəkətimdən, söz -
lərimdən xəcalət çəkirəm, özümə yer tapa bilmirəm. Bu an
gözlərini qaldırıb xoşbəxt təbəssümlə üzümə gülür.
– Siz dahisiniz! İstənilən adamı çirkabda batıra bilərsiniz.
Göz qırpımında! Sizi hələlik öz assistentim təyin edirəm.
Əməkhaqqı yüksəkdir.