Page 386 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 386
XX əsrin Norveç hekayələri
Gecə vaxtı
ər şey tamamilə başqa cürdür – gecə yuxudan
Hayılarkən yanımda sən uzananda da, otaqda tək
qaldığım vaxtlarda da. Nə bir kəlmə söz, nə səs, nə bir baxış.
1
Yalnız pərqu yorğan altında yatan sən – sanki ötən gündən
bir salam, yaxud qarşıdakı günün vədi kimisən.
Gecə vaxtı hər şey tamamilə başqa cürdür...
Mən yorğan altındakı səni qabaran dalğatək, ya dartılmış
yay kimi hiss edib ehmalca çarpayıdan qalxıram – balışın
üstündəki ruhun aurasından başlamış kürəyin və ayaqların
boyunca aşağıya doğru hamısı sənin dalğaların və sənin
yaylarındır...
Onda mən haqqında heç vaxt söhbət açmadığımız na ‐
müm künü görürəm. Bizim hansısa boş məkanda, hansısa ge ‐
nişlikdə uçduğumuzu görürəm. O zaman, həmin o oktyabr
səhərində olduğu kimi.
Biz kimik?
Bizi daşıyan nəsə var – biz mövcuduq!
Sən yatanda hər şey başqa cürdür. Yaxud gecə mənsiz,
386
təkbaşına at sürəndə hər şey başqa cürdür.
Onda mən sənə çox yaxın oluram, elə yaxın oluram ki!
Burda, elə bu otaqda, elə bu çarpayıda, bu kosmik məkanda!
Necə yaxın və nə qədər uzaq!
Biz öz həyatımızla neyləyirik? Elə ikimiz də! Bəlkə,
yaşamaq üçün, bəlkə, mövcud olmaq üçün bir az tələsirik?
Qiyamətdir! Zaman gözləmir. Yaxşısı budur, qalanlar
hamısı gözləsin. Sabah sən – Yatmış gözəlsən; sabah sən –
şahzadə Avrorasan, amma Peqasın köməyi ilə tutqun dənizin
üzərində göyə ucaldığın vaxt deyil, səhərçağı: onda biz öz
sehrli çubuğumuzla yüngülcə mane olmarıq ki?
1 Skandinaviyada adyal əvəzinə daha çox pərqu yorğandan istifadə olunur.