Page 389 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 389

Yusteyn Qorder

             Ətraf sakitlik idi, qulağına heç bir səs dəymirdi. Qadın
          mələfənin qoxusunu hiss elədi. Amma burda şnur yox idi ki,
          lazım olanda dartasan. O çağırdı, amma cavab gəlmədi, səsinə
          hay verən olmadı.
             Bəlkə, heç çağırmayıb, sadəcə özünə belə gəlib?
             Yox, o, ölü deyildi. Bu vəziyyətdə ölü olmaq mümkün deyil.
          Elədə səni arfa sədaları altında qarşılayardılar. Hər halda,
          qarşılayardılar...
             Bir başqası deyildisə... onda çox da önəmli olmayan
          hansısa ikincidərəcəli funksioner.
             Ya bu, ya da sadəcə yoxa çıxırsan.
             Yox, o, ölü deyil! O, burada idi, üstəlik də, iki döşü vardı.
          Bir cüt döş, bir cüt döş! Onları gizlətmək üçün heç bir protez-
          filan da yox idi...
             DOĞRUDANMI BU YALNIZ YUXUYDU? Bəyəm yuxu iki il
          davam edə bilərdi?
             Bu barədə hardasa oxumuşdu. Hə, yuxuda saat saniyə
          kimi keçə bilər. Bəs əgər iki saat yatıbsa? Görəsən, bir saatda
          neçə saniyə var? Bəs bir ildə neçə saat olur?
             O hətta sayını da itirib: kimya terapiyası – yuxu ola bilməz,
          yuxuya girə bilməz. Saçın tökülməsi də, bərbərxanada
          keçirdiyin saatlar da yuxuya girə bilməz. Bu – mümkün deyil.
          Eləcə də hər şeyin alt-üst olması, hikkə-qəzəbdən evinin viran
          qalması, Yuakimin hər saat böyründə uzanıb ağlaması. Yox,  389
          bunlar yuxuya girə bilməz... Bütün ömür tək bircə yuxunun
          içində – yox, mümkün deyil.
             Yoxsa bu, sənin, həqiqətən, elədiyindir? Kimya terapiyası
          və saçın tökülməsi... Ola bilərmi ki, tək bircə yuxu sənin bu
          qədər köklü şəkildə təzədən qurduğun həyatın altını üstünə
          çevirsin, onu tar-mar eləsin?
             Ona hər şeyi YENİDƏN yoxlamaq lazımdı. Hə, səhv etmə -
          mək üçün. Qəşəng döşlərinin hər ikisi yerindəydi. Bir döşü o
          birindən bir az böyükdü, amma elə əvvəldən beləydi.
             Əlini sürtsən, dərində heç bir nahamarlıq hiss etməzsən,
          limfa düyünləri kəsilib atılandan sonra qoltuğun altında bir
          dənə də sərt çapıq yoxdur....
             İndi onun yumşaq rezindən sanki məxməri çiçəkli almaya
          bənzər bir cüt yetişmiş baraması vardı. Çiçəkləri nazla sıxanda
          ürəyi daha bərk döyündü. Axı bu Yuakim hardadı, görəsən?
   384   385   386   387   388   389   390   391   392