Page 388 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 388
XX əsrin Norveç hekayələri
Anaya bir müddət klinikada qalmaq lazım idi. Uzun
müddət. Amma həkimlər çox diqqətli idilər, yeməyinə də yaxşı
fikir verirdilər. Dünən onlara pitsa vermişdilər.
Sonra ata işdən çıxdı ki, bir müddət evdə yaşasın. Atanın
İngiltərədə olduğu vaxtlarda isə uşaqlara nənələri – qadının
anası baxırdı.
– Əzizim, mən bir həftəyə qayıdıram...
Qiyamətdir – indi o, yuxudan həmişəlik ayılıb. Buna heç
bir şübhə ola bilməz. Amma ölməmişdi, ölü deyildi. Heç bir
yeri də ağrımırdı.
Ağrılar bu gün özlərinə istirahət vermişdi. Ağla sığışmır ki,
belə şeyə həftələrlə necə dözmək olar! Ağrılar üçün bu, çox
yorucudur. Onlar yalnız fasilə verməyi qərara almışdılar. Yəqin,
çarpayının altında gizlənmişdilər.
Qəfildən morfi iynələrini xatırladı. Ona iynə vurmuşdular?
Morfi olan yerdə axı bu həkimlər, bu mütəxəssis onkoloq -
lar nəyə lazımdı? Rədd olun, iyrənc adamincidənlər! Ananı
dinc buraxın! Hav-hav!
Sonra bunu bir də elədi. Allah bilir neçənci dəfə.
Bu, vacib idi. Ya oyanlıq idi, ya buyanlıq... Diaqnoz qoymaq
artıq heç bir fokus-filan deyildi.
Amma bəlkə, o, heç bunu eləməyib, sadəcə elədiyini dü -
388 şünür?
Döşsüz qadın nə olan şeydir? Hansısa şarlatan. Sinəsinə
bir cüt yumşaq rezin protez taxılan, təzə büstqalterə iynə ilə
bitişdirilən orta cinsə aid hansısa məxluq. O, yarımqadındır...
Əlini təzədən sinəsinin üstünə qoydu. Bu hərəkəti müflis
olmuş hansısa bədbəxtin öz axırıncı kağızının dəyərini yoxla-
maqdan ötrü pul lotereyasının səhifəsini açarkən elədiyi kimi
ehmalca, itaətlə elədi.
Amma döş vardı! Onun lotereyası udmuşdu! Döş öz
yerində idi! Özü də çoxdan, lap çoxdan yerində idi. Harda
olmalıydısa, məhz ordaydı!
Onda ehmalca ikinci döşünə toxundu. O da yerində idi.
Məməsi də, başqa şeyləri də yerindəydi. Döşünü çimdiklə -
yəndə qadın onun ağrısını da hiss elədi...
Amma bu, bəyəm ağrıydımı...
HARDAYDI O?