Page 387 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 387

Yusteyn Qorder



                                  Ana


                         Yuxularımız nədən düzəlibsə, biz də həmin
                              maddələrdən düzəlmişik və bizim bu
                             kiçik həyatımız yuxuyla əhatə olunub.
                                              U.Şekspir. “Fırtına”


             Qadın DİKSİNİB yuxudan ayıldı.
             Doğrudanmı yatmışdı? Görəsən, hardaydı? Kim idi o?
             Suallar biz kimi içini deşirdi.
             Onda elə bir hiss vardı ki, sanki nədənsə azad olub; sanki
          qanad açıb uçur.
             Hər halda, klinikada deyildi. Ölü də deyildi...
             Sonra gözləri önündə biçimsiz surətlər, şəkillər canlandı.
          Onlar necə gəldi peyda olurdular.
             Birazdan hamısı yadına düşdü. Əvvəlcə bütün müayinə
          prossesi. Sonra bütün əməliyyat. Şüalanma, kimya terapiyası...
             Hamısı təzədən gözünün önündə canlandı.
             Hamısını bircə-bircə xatırladı. Gözləmə otağında keçirdiyi
          saatları, həftəlik qəzetləri, bir fincan qəhvəni, pirojnanı,
          dəyirmi fransız kökələrini xatırladı; gündüzün məşum işığına  387
          qərq olmuş halda hamısı təzədən gözü önündə canlandı.
             Narahatlığı ən çox uşaqlar sarıdan idi. Anaları xəstəydi.
             Ana Radioloji klinikadadır. Radioloji klinika. Erland bu
          sözləri heç vaxt deyə bilmirdi. Kristin gülürdü. “Ra-di-o-lo-ji
          kli-ni-ka!” – qız höccələyirdi.
             Qadın onların son vaxtlar klinikaya neçə dəfə baş çək -
          d iklərini yada saldı. Həkimləri, onların bütün yalan-palanlarını,
          riyakarlığını xatırladı.
             – Hə, indi necəsiniz?
             – Necəsən, əzizim?
             Anaya əhsən – tez dirçəldi. Milad bayramında evə qayıtdı.
          Yeni ildə də gəldi, Pasxa bayramında da.
             Hə, o inadkarcasına evə dönürdü. Onlar isə deyirdilər: indi
          yalnız bir neçə təzə müayinə qalıb...
   382   383   384   385   386   387   388   389   390   391   392