Page 390 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 390
XX əsrin Norveç hekayələri
Ola bilsin, yuxu görürdü – içindən salamat və xətərsiz
çıxdığı dəhşətli yuxu. Bədənində qımıldanan müəyyən qorxu
duyğusuyla! Hə, elədir! Amma protezsiz və çapıqsız. Çünki sən
göydə uzanmamısan, çarpayıdasan və sənin ağlına işvə-naz
gəlir. Belə istəklər o biri dünyada yersizdir.
Morfi iynələri! Yenə bu.
Axı o, hardaydı? Cavab açıq-aşkar morfi iynəsiylə – mor -
finlə bağlı idi.
1
Mor – fin? Ana – gözəldir? Mor – fin?
Əlbəttə, ana yenidən gözəl olacaq. Uşaq bağçasında onla -
rın kefi necədir?
Görəsən, iynədən AYILIBMI? Onda otuz beş yaşı vardı və
qarşısında bütöv bir həyat dururdu. Ya da təzədən yuxu la -
mışdı. Elədə bütün bunlar yuxu idi.
Bütün bunlar, bəlkə də, yuxu idi və mümkündür ki, bu yu -
xu dan bir də heç vaxt oyanmasın. Çünki indi xəstəlik fəsad
verib bütün bədəninə yayılmışdı. İndi söhbət sanılı günlərdən,
yaxud saatlardan gedirdi. Son günlər bütün qohumları çar -
payısının qırağına yığışırdılar.
Yaddaşında ayrı-ayrı dağınıq şəkillər, mənzərələr can la -
nırdı.
Hər halda, o, burda öz çarpayısında uzanmışdı və ağlına
390 işvə-naz gəlirdi.
Şıltaqlıq barədə düşüncələrlə ölmək olarmı?
Həyatın hər iki üzündə kişi və qadın cinsi mövcuddurmu?
Axı sən torpaqdan yaranmısan... 2
Onun bütün taleyi bu düsturun içində gizlənmişdi.
Ya bir cüt barama və ekstaz. Ya heç bir barama və fəsadlar.
Ya mor fin, ya morfin...
– Yuakim!
Qadın daha bərkdən çağırdı. Doğrudanmı ondan heç bir
səs çıxmırdı? Amma bu vaxt böyründə nəsə hiss elədi.
Görəsən bu, Yuakimin əli deyildi ki?
1 Mor – fin – Söz oyunu: morfin — морфи; mor fin — ana gözəldir (Norveç
dilində)
2 Tanrının cənnətdən qovulan ilk insana – Adəmə dediyi sözlər: “Çünki sən
torpaqdan yaranmısan, torpağa da qayıdacaqsan”