Page 384 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 384
XX əsrin Norveç hekayələri
Təklifi götür-qoy edirəm.
Yalvarıcı nəzərlərlə mənə baxır.
Bəs Turdis necə olsun? Yaxşı, birtəhər könlünü alaram.
Amma o da az aşın duzu deyil, ha...
– Razıyam. Təşəkkür edirəm.
Əlimi bərk-bərk sıxır. Mən də onun əlini var gücümlə
sıxıram. Rəngi ağarır, gülümsəmək istəyir, ancaq dodaqlarının
ucu aşağı sallanır.
– Şərtlər və məvacib barədə daha ətraflı sabah öyrənər -
siniz, – üzümə baxmadan dillənir.
– Salamat qalın! – auditoriyadan çıxıram.
Tualetə gedirəm. Güzgüdə əksimə baxıb gülümsünürəm.
Dişlərim, doğrudan da, siçanın dişlərinə bənzəyir. Gərək diş
həkimi ilə danışım, bəlkə, nəsə eləmək mümkün oldu. Əlbəttə,
mümkündür, bəs həkim nədən ötrüdür? Ayaqlarıma baxıram.
Çox balacadır. Uşaq ayağına oxşayır. Gərək böyük ölçülü
ayaqqabı alım. Corabın ucuna pambıq qoyub geyərəm.
Bağlarını da möhkəm bağlasam, düzələr! Dabanları da bir az
hündür olsun...
Tualetdən çıxıram. Özümü olimpiadanın qızıl medalını
qazanmağa şansı olan adlı-sanlı idmançı kimi hiss edirəm. İndi
384 məşq, yalnız məşq! Dəhlizdə bir tələbəyə gözüm sataşır.
Dovşan kimi dişləri var. Ürəyim çox rahatdır, fərəhlə döyünür.
Düz tələbənin üstünə gedirəm...