Page 381 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 381

Qunnar Lunde

          dindən artıq ənlik-kirşan sürtüb. Yol kənarında dayanıb müş -
          təri gözləyən fahişələrə oxşayır.
             – Yeni fənn necə, maraqlıdır?
             – Hə. Bilmirəm. Yaxşısı budur, de görüm, görüşə geyməyə
          fərli paltar tapmadın? Üz-gözünə də o qədər sürtmüsən ki,
          fahişəyə oxşayırsan! – ucadan, çox kəskin danışıram, hiss
          edirəm ki, ona əzab verməkdən zövq alıram.
             – Axı əvvəllər deyirdin ki, bu paltar...
             – Əvvəllər, əvvəllər... – onu yamsılayıram.
             – Bu gün sənə noolub? Üz-gözümə də çox sürtməmişəm...
          Həmişəki kimi... Adi kosmetikadır...
             – Yaxşı. Deməli, sifətinin quruluşu elədir ki, fahişəyə
          oxşayırsan! Yaraşıqdan əsər-əlamət yoxdur, özün də şişib
          dama dönmüsən! – ləzzətlə gülürəm, sanki ürəyimdən tikan
          çıxarırlar, nişanlımın rəngi ağarır, üzünü yana çevirir. Sonra cib
          dəsmalını çıxarır.
              – Hə, bircə bu qalmışdı, başladı gözünün qorasını
          tökməyə, burnunun suyunu silməyə!
             Qız yerindən dik atılıb qaçır.
             Gülürəm, eyni zamanda hiss edirəm ki, ətrafımda boşluq
          yaranıb. Tək qalmışam. Bəs mənim nişanlım, əziz Turdisim  381
          necə oldu? Niyə qaçdı? Sadəcə zarafat eləyirdim, burada pis
          nə var ki? Nə dedim axı? Nişanlıma dediyim sözlər hava axını
          ilə geri qayıdıb qulaqlarıma girir, beynimə yol tapır və
          hıçqırıram. Niyə ağzıma gələni Turdisə dedim? Axı məqsədim
          başqa idi, bunu nəzərdə tutmurdum.
             Kafeyə girib bir parç pivə sifariş verirəm. Pivənin pulunu
          verəndə varlığımı vəhşi bir ehtiras bürüyür. Bufetdə işləyən
          satıcı qadını təhqir etmək istəyirəm. Ona deyəcəyəm ki, ay
          qarı, gör nə günə düşmüsən, bir özünə bax, heç nəyə
          yaramırsan, saçlarından adam iyrənir, əllərin solub, meyit
          rəngindədir, köynəyinin altındakı sinən də taxta kimi hamardır,
          lifçiyinin içinə də, yəqin, zir-zibil doldurmusan ki, yekə görün-
          sün. Xoşbəxtlikdən, özümü ələ ala bilirəm. Bufetdəki qadına
   376   377   378   379   380   381   382   383   384   385   386