Page 378 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 378
XX əsrin Norveç hekayələri
söhbət aparmışıq. Deməli, indi bəzi mətləblərdən xəbərdar
oldunuz.
Söhbətin sonunda yoxlamaq istəyirəm ki, keçilmiş
materialı necə qavramısınız? Düşmənin heysiyyətinə toxun-
maq üçün nə etmək lazımdır? Bunu bir neçə nümunənin
timsalında sizə izah etdim. Mövzu ilə bağlı kimin nə təklifi var?
Auditoriya susur. Hamı bir-birinə baxır. Ortalığa sükut
çöküb. Cılız, sarısaç qız əlini qaldırır:
– Məncə, düşmənin vətəninə rişxənd etmək olar.
Professor bir anlıq düşünür.
– İnanmıram ki, bu, xüsusi effekt doğursun. Məncə,
vətənpərvərlik hissi artıq çoxdandır əhəmiyyətini itirib. Başqa
sözlərlə desək, düşmənin heysiyyətinə toxunmaq üçün
vətənpərvərlik hissi istənilən səmərəni verməyəcək, yəni işə
yaramayacaq.
Başqa tələbə əlini qaldırır:
– Düşmənə təhqiramiz anonim məktub göndərmək olar.
– Yox. Siz bir mühüm amili nəzərdən qaçırırsınız. Düşmə -
nin heysiyyətinə yad adamların əhatəsində hücum etmək
lazımdır. Əks təqdirdə, kifayət qədər effekt alınmayacaq. Bizi
başqalarının yanında təhqir edəndə heysiyyətimizə sağalmaz
378 yara vurulur. Adamlar arxamızca gülür, bizi görəndə isə söhbəti
dəyişirlər.
Ağlıma bir ideya gəlir və əlimi qaldırıram:
– Bəlkə, düşmənin mənəvi dəyərlərini, onun ailəyə, dinə
münasibətini və bu kimi şeylərə münasibətini təhqir etmək
daha səmərəli olardı?
Professor razılıqla başını tərpədir.
Rəngim qızarır.
– Bax bu, əhəmiyyətli nəticə verə bilər, – professor deyir. –
Əgər düşmən mənəvi dəyərləri yüksək qiymətləndirirsə, bu,
həqiqətən, böyük təsir göstərəcək. Amma əvvəlcədən kəşfiy -
yat aparıb araşdırmaq lazımdır: düşmən hansı mənəvi
dəyərlərə üstünlük verir, onun dini baxışları nəyə əsaslanır və
sair. Düzdür, adını çəkdiyim Avropa ölkələrində fəaliyyət