Page 373 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 373
Qunnar Lunde
Birbaşa psixi hücum
uditoriyaya daxil oluram. Etiraf edim ki, həyəcanlıyam:
Agörəsən, necə olacaq? Məşğələlər bu gün başlayıb.
Fənn də mənə tanış deyil. “Psixoloji müharibə”. Əvvəlcə
nəzərdə tutulmuşdu ki, bu fənn hərbi məktəbdə tədris olu-
nacaq. Amma orada bu işə elə də böyük maraq göstərmədilər.
Bildirdilər ki, bizdə oxşar fənlər kifayət qədərdir. Yəni yeni silah
növləri və buna bənzər şeylər. İşi belə görüb fənnin tədrisini
universitetə həvalə etdilər. Bu barədə məlumatım, demək olar
ki, çox azdır. Yarım ildən sonra nəzəriyyədən imtahan
verəcəyik. Sonra təcrübi məşğələlər başlayacaq. Bizi, necə
deyərlər, ehtiyatda olan hərbi qulluqçu kimi hazırla yacaqlar.
Deyilənə görə, yüksək maaş verəcəklər. Daha nə lazımdır: cəmi
yarım il oxuyacaqsan, sonra da puldan korluq çəkməyəcəksən.
Məni şirnikləndirən də elə budur. Həm də yeni sahədə ilk
mütəxəssislərdən olmaq da maraqlıdır. Necə deyərlər, bu
sahənin pionerlərindən biri...
Auditoriya ağzınadək doludur. Əlli nəfərik. Ən arxa cərgə -
dəki yeganə boş yerdə əyləşirəm. Deyəsən, həyəcan keçirən
təkcə mən deyiləm. Yanımda oturanların söz-söhbətindən 373
bunu duyuram. Dil-boğaza qoymayanlar, əsasən qızlardır. Hal-
buki auditoriyanın tən yarısı kişi cinsinin nümayəndələridir.
Amma qızlar bir-birinə aman vermir, özü də ucadan danışırlar.
Yanımda əyləşmiş qıza tərəf dönüb söhbət etmək istəyirəm
ki, həyəcanım bir az dağılsın. Birdən yadıma düşür ki,
mühazirədən sonra nişanlımla görüşməliyəm. Məncə, bu
məqamda başqa qızla tanışlıq qurmağın yeri yoxdur. Səbəbini
bilmirəm, ancaq nədənsə qızları yalnız seksual planda cəzb
edirəm. Yəqin, mənə ideal kişi kimi baxırlar. Mən də qız
görəndə əriyib muma dönürəm. Amma bir məsələ var ki,
adam həmişə yaxşı əhvali-ruhiyyədə olmur! Etiraf edim ki,
qızların gözünə şirin görünməyim heç də pis deyil. Amma bu
gün belə fikirlərdən vaz keçməliyəm. Çünki nişanlımla görüşə
gedəcəyəm.