Page 376 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 376
XX əsrin Norveç hekayələri
həddindən artıq tərifləmək düzgün deyil, çünki onun şəxsi
ləyaqət hissi yenidən oyana bilər. Digər tərəfdən, düşmənin
yarınmaq hissini pisləmək də olmaz: bu halda, həmin şəxs
ətrafdakıların rəyinə marağını itirə bilər. Bu, ona bənzəyir ki,
uzun müddət seksual həyat yaşamayan adam impotentə
çevrilir. Bir daha vurğulayıram: bu şəxsin yarınmaq hissini
pislədikcə, onun ətrafdakılara, ümumiyyətlə, hər şeyə nifrət
hissi güclənir və nəticədə dəli olmaq həddinə çatır...
Ətrafa boylanıram. Hamı professorun dediklərini yazır.
Bəzilərinin yanağı qızarıb. Görünür, mövzu onlara yaman təsir
edib. Hipnoz altına düşmüş adam kimi professorun ağzına
baxırlar. Heç kim bir-biri ilə pıçıldaşmır. O ki qaldı mənə, pro-
fessorun dedikləri heç də ürəyimcə deyil. Sözdə hər şey yaxşı
və asan görünür. Ancaq bunu təcrübədə necə tətbiq edəsən?
Tutaq ki, mən hər hansı düşmənlə təhqiredici tonda
danışmağa başladım. Nə edəcək? Yəqin, o da mənə dişinin
dibindən çıxanı deyəcək. Deməli, məqsədə çatmayacağam.
Üstəlik, düşmənin təhqiri mənimkindən güclü olsa, onda
necə? Şəxsi ləyaqət hissini o yox, mən itirmiş olacağam və
istəyəcəyəm ki, insanlar onun yox, mənim haqqımda
danışsınlar, əldən-ayaqdan gedəcəyəm ki, adamların rəğbətini
376 qazanım.
Amma professor hələ mühazirəni bitirməyib.
– Düşməni belə çıxılmaz psixoloji duruma salandan sonra
necə hərəkət etməliyik? Söyləmişdim ki, əvvəlcə onun
heysiyyətinə toxunub təhqir etməliyik. Bunu müxtəlif üsullarla
həyata keçirmək olar. Onu hər dəqiqə tənbeh etmək lazımdır.
Məsələn, “görkəmin ürək bulandırır” kimi sözlərlə, yaxud za-
hiri görünüşündə “zəif” nöqtələr tapıb “zərbəni” ora endirmək
vacibdir. Və ya danışığını, yerişini, hərəkətlərini lağa qoymaq,
səfeh-səfeh danışdığını üzünə vurmaq lazımdır. Əsas məsələ
ən zəif nöqtəsini tapmaqdır. Əgər düşmənin fiziki qüsuru
varsa, bütün həmləni bu nöqsanın üzərinə yönəltməliyik. Kiçik
əqli qüsuru varsa, onu şişirdib dəhşətli dərəcəyə çatdırmaq,
qarşındakı şəxsin ağıldankəm olduğunu dönə-dönə vurğula -