Page 377 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 377
Qunnar Lunde
maq lazımdır. Məsələn, rəssamdırsa, onun bütün əsərlərini
məsxərəyə qoymalıyıq...
Tfu, necə də bəsitdir. Yaxşı, hörmətli professor, indi mən
səni divara dirəyərəm. Əlimi qaldırıram:
– Cənab professor, əgər düşmənin heysiyyətinə toxunu -
ruqsa, o da oxşar cavab verəcək. Yəni bizim heysiyyətimizi
təhqir edəcək. Bu zərbədən necə qorunaq, qarşısını necə
alaq?
Professor alnını qırışdırır, sonra xəfif gülümsünür və qırış -
lar yox olur.
– Doğru sualdır. Hətta deyərdim ki, vacib sualdır. Gəlin
araşdıraq. Birincisi, biz hücum edirik, əgər belə demək
mümkündürsə, özü də bunu hamılıqla, yəni kütlə şəklində
həyata keçiririk. Zərbə endirəndə qrup halında fəaliyyət
göstərməliyik ki, düşmən özünün necə də alçaq adam oldu -
ğunu duysun. Başqa sözlərlə desək, bir nəfərə qarşı hamımız
birləşməliyik. İkinci mühüm şərt. Hücum etdiyimiz şəxs
mümkün qədər etinasız və passiv adamların əhatəsində
olmalıdır. Özünüz də yaxşı bilirsiniz ki, insanı təklikdə yox, yad
adamların, şahidlərin yanında təhqir edəndə böyük effekt
verər. Hə, sualınıza cavab verə bildimmi?
Başımla təsdiqləyirəm, amma hiss edirəm ki, qızarmışam. 377
– Bəzi özəlliklərə diqqət yetirək, – professor sözünə davam
edir. – Hər şeydən əvvəl dil problemi. Düşmən çox vaxt bizim
anlamadığımız yad dildə danışır, buna görə də əməliyyata
başlamazdan əvvəl onun ana dilini mükəmməl öyrənməliyik.
Müasir linqvistikanın imkanlarını nəzərə alsaq, bu, heç də
çətin deyil. Nəzərinizə çatdırmaq istəyirəm ki, bura gəlməzdən
əvvəl hamınız ciddi yoxlamadan və müsabiqədən keçmisiniz.
Bu fənni öyrənmək üçün on beş mindən çox namizəd vardı.
Bu qədər namizədin arasından sizi, əlli nəfəri seçiblər. Ona
görə də sizi “super cavanlar” adlandırmaq olar. Hamınızın əqli
inkişaf əmsalı yüz əllidən çoxdur, aranızda aşağı əmsallı bir
nəfər də yoxdur. Bundan başqa, sizinlə daim sıx əlaqədə olmuş
valideynləriniz, müəllimləriniz, psixoloqlar və digər şəxslərlə