Page 380 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 380
XX əsrin Norveç hekayələri
– Boyum bir yetmişdir, – düzəliş verirəm.
– Ay-hay! Sən dedin, biz də inandıq! Gör özünü necə
dartır? Elə bil kraldır, bizi də nökər tutub! Deyəsən, bu tip həm
də ağıldankəmdir!
– Bəstəboy oğlanların da öz üstünlüyü var, – özümə bəraət
qazandırmağa çalışıram. – Sekslə məşğul olanda başını qızın
sinəsinə soxub gizlədir...
Auditoriya qəhqəhə çəkir. Cavanlar gülməkdən uğunur.
– Bu şampunçikin ayaqlarına baxın! Ölçüsü neçə olar, otuz
altı? Yaxşısı budur, ölçüsü qırx olan ayaqqabının bir tayını al,
iki ayağını da ora sox!
– Mənim bir tanışım var, qızının yeddi-səkkiz yaşı olar,
ondan xahiş edərəm ki, uşağın ayaqqabısından bir cüt bu
liliputa bağışlasın.
– Yumun ağzınızı! – bağırıb qapıya qaçıram.
Professor Börre əlimdən yapışıb saxlayır. Gülümsünür.
– Afərin. Tapşırığın öhdəsindən əla gəldiniz! – auditoriyaya
müraciət edir. – Hə, necədir, razı qaldınız? – gülüb üzünü mənə
çevirir. – Əlbəttə, mən bilirəm ki, siz ən bacarıqlı tələbə lərdən
birisiniz. Sizin əqli inkişaf əmsalınız və digər göstərici ləriniz çox
yüksəkdir.
380 Əlimi üzümə çəkirəm, sifətim hərarətdən yanır. Əsəblərim
yavaş-yavaş sakitləşməyə başlayır. Sanki Tanrının qəzəbinə
gəlmişdim. Yerimdə əyləşirəm. Ətrafımdakıların istehza dolu
sifətinə baxmamağa çalışıram. Yəni: “Özünüzdən çıxmayın,
eşitdiniz də, professor barəmdə nə dedi?” Onun sözlərini
xatırladıqca, əhvali-ruhiyyəm yaxşılaşır.
Professor hamımıza təşəkkür edir və biz auditoriyanı tərk
edirik.
Nişanlımla görüşüm var. Gecikirəm, gözüm saatdadır,
kafeyə qaçıram.
Nişanlım küçədə dayanıb gözləyir.
– Niyə gecikdin?
Əsəblərim qaynayır. Bütün günüm gərgin keçib. Üstəlik,
nişanlım bəyənmədiyim paltarı geyinib, üz-gözünə də həd -