Page 382 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 382
XX əsrin Norveç hekayələri
heç nə demirəm. Pivənin pulunu verib boş masalardan birinin
arxasına keçirəm.
Hər şey aydındır. Sadəcə, mən həmin tipəm. Yəni nə
eləməyimdən asılı olmayaraq, sonda hər şey puça çıxacaq. İndi
birbaşa psixi hücum canıma, qanıma işləyib. İkinci “mən” olub
və bətnimə girib. Başımı qatıb, bütün varlığıma hakim kəsilib.
Heç şübhə etməyin: əgər bu fənni öyrənməyə davam etsəm,
kim bilir, axırım necə olacaq?!
Lakin mən bunun əleyhinəyəm. İnsanlarla xoş ünsiyyət
qurmaq istəyirəm. Mənə elə gəlir ki, deməyə haqqım var:
xasiyyətcə mərhəmətli adamam və psixoloji müharibəni
öyrənmək istəmirəm. Əks təqdirdə, kinli, əzazil insan
olacağam. Özüm-özümü təhdid edəcəyəm. Bu isə bədbəxt -
liyimə səbəb olacaq.
İndi professor Börrenin yanına gedib deyəcəyəm ki, fənni
öyrənməkdən imtina edirəm. Vəssalam! Pivəni içirəm,
bufetdəki qadına gülümsünüb kafedən çıxıram. Küçədəki
adamlar mənə nəsə qəribə baxırlar. Sanki məndən nəsə bir pis
əməl gözləyirlər. Məsələn, kiməsə şapalaq ilişdirəcək, ya da
ondan da betərini edəcəyəm! Amma kimsəyə toxunmaq, əl
qaldırmaq istəmirəm. Halbuki piyadaların çoxuna baxanda
382 adamın ürəyi bulanır. İlahi, gör dünyada nə qədər iyrənc insan
var! İstər-istəməz onlara demək istəyirsən ki, ay murdarlar, ic-
timai yerlərdən uzaq durun. Normal adamların gözünə
görünməyin, əl-ayağına dolaşmayın.
Universitetə gəlirəm. Auditoriyaya daxil oluram. Professor
Börre hələ getməyib. Masa arxasında oturub nəsə yazır. Başını
qaldırır, mənə baxıb gülümsünür. Baxışları sualla doludur.
– Mən məşğələlərdən imtina edirəm, – ciddi tərzdə
dillənirəm.
– Nahaq yerə! Bugünkü eksperimentə ağrılı yanaşmaq
lazım deyil. Güman edirdim ki, siz öz yüksək intellektiniz və
fərdiliyiniz sayəsində bu eksperimentə dözəcəksiniz. Yəqin,
tezliklə özünüzə gələrsiniz. Sadəcə bir az soyumaq lazımdır.
Siqaret istəyirsiniz?