Page 374 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 374
XX əsrin Norveç hekayələri
Auditoriyada uğultu azalır. Nəhayət, tam sakitlik çökür.
Mühazirəçi, professor Börre auditoriyaya daxil olur. Bəstəboy,
dolubədənli adamdır, çal saçları qısa qırxılıb. Ciddi sifəti var,
amma gözləri oynayır. Auditoriyaya bir neçə dəfə nəzər salıb
danışmağa başlayır.
– Yəqin, sizi maraq bürüyüb ki, “Psixoloji müharibə” ad-
lanan kurs nə deməkdir? Həqiqətən, yeni fəndir. Dörd-beş ildir
tədris olunur. Onu bəzi Avropa ölkələrindəki hərbi məktəblərin
proqramına eksperimental fənn kimi daxil ediblər, nəticələr
də pis deyil. Vəssalam! Giriş sözümdə bu fənn barədə bir
qədər ətraflı məlumat vermək istəyirəm. Psixoloji mühari -
bənin məqsədi bizim əraziyə daxil olmuş, yaxud qarşı tərəfin
ərazisində fəaliyyət göstərən düşmən qüvvələrini məhv
etməkdir. Bildiyiniz kimi, düşmənin zərərsizləşdirilməsində ən
ənənəvi üsul onun fiziki məhvidir, yəni öldürülməsidir.
Fikrimcə, müasir dövrdə belə siyasət artıq məqbul sayılmır.
Çoxsaylı düşmən ordusunun məhvi baha başa gəlir: silahlar-
dan, müxtəlif hərbi avadanlıqlardan istifadə olunur, ölkələr və
şəhərlər yerlə yeksan olur. Bundan başqa, müasir dövrdə
bəşəriyyət özünün bütün intellektual ehtiyatlarından maksi-
mum istifadə etməyə ehtiyac duyur. Silahlardan istifadə olun-
374 maqla aparılan müharibə yüksək intellektə malik bir çox
insanların ölümü ilə nəticələnir ki, bu da bəşəriyyət üçün
yolverilməzdir. Ortaya sual çıxır: düşməni məhv etməyin başqa
üsulları mövcuddurmu? Cavab verirəm: şübhəsiz, mövcuddur.
Planetimizin miqyasında baş verən müharibələrlə bağlı apar -
dığım çoxsaylı tədqiqatlara əsasən, belə bir qənaətə gəlmişəm
ki, ən effektli metod birbaşa psixi hücumdur. Bizə ayrılmış
yarım il ərzində sizə bu metodu öyrədəcəyəm. İndi isə bu
metodun məğzinin ümumi cəhətlərini izah etməyə çalışım...
Acından qarnım quruldayır. Auditoriyada elə sakitlikdir ki,
milçək vızıldasa, səsi gələr. Qələmi barmaqlarımın ucunda
sıxıb dəftərdə qeydlər edirəm. Əsas məsələ professorun
şərhini diqqətlə dinləməkdir. Ürəyimdə Tanrıya yalvarıram ki,
kaş bu şərh çətin olmayaydı. Gimnaziya yadıma düşdü. Nə