Page 289 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 289
Marqaret Yohansen
Musiqinin yaratdığı xoş ovqatı korladığı üçün anasına
hirslənmişdi...
– Doğrudan ha, biz çox sadəlövh idik: yetkinlik yaşına
çatana kimi elə bilirdik ki, uşaqları hacıleylək gətirir, – indiki
Kirsten dil boğaza qoymurdu. – Ata-anamızın bir sözünü iki
eləməzdik, belə şeyləri ağlımızın ucundan da keçirməzdik…
İndiki Kirstenin gülüşü də başqa cür idi.
Gülüş səsləri yavaş-yavaş səngiməyə başladı.
O, bir qurtum qırmızı şərab içdi.
– Hər şeyin günahı səfeh psixoloqlardadır. İndiki cavanları
onlar korlayıb, – nəhayət, kimsə dilləndi. – Nyam-nyam-
nyam…
Məlum oldu ki, bu səfehlər hamını boğaza yığıb; hamısı
başdanxarabdır, ona görə də psixologiyanı öyrənməyə üstün-
lük verirlər. Səs-küy getdikcə çoxalırdı. Kin, qəzəb yemək stolu -
nun üstündə ilan kimi sürünürdü. Qorxu, vahimə yanan
şamların arasında vurnuxurdu.
– Əziz dostum, – ev sahibəsi “əziz” sözünü xüsusi ifadəylə
tələffüz etdi. – Niyə heç nə yemirsiniz?
– Təşəkkür edirəm, yeməklər çox dadlıdır, – o, özünü
gülümsəməyə məcbur etdi. – Sadəcə əladır.
“Əladır…” 289
Yeməyə “əla” demək düzgündürmü? Bu söz haradan
yadına düşdü? Bu qadın haçansa əla qız idi… Haçansa. Yum -
şaq, isti, hamar dərisi vardı. Ürəyi təmiz, gözləri, baxışları
bulaq suyu kimi duru idi. Saçları…
– Sizi bilmirəm, amma mən fikirləşirəm ki, nə yaxşı biz belə
sadəlövh və təmiz olmuşuq. – İndiki Kirstenin səsi eşidildi.
Bu sözləri eşidəndə bədənindən bir gizilti keçdi. Ona təklif
olunan siqarı götürüb təşəkkür etdi. Siqarın ucunu kəsib,
alışqanla yandırdı.
...Kirsten məktəbi yenicə bitirmişdi. Yayda isə… Bir dəfə
qayıqla gəzintiyə çıxmışdılar. Körfəzdə yırğalanan qayıq get-
gedə sahildən uzaqlaşırdı. İkisi də çimərlik paltarındaydı. To -
xun ma çimərlik paltarı islanmış, Kirstenin bədəninə yapışmışdı.