Page 285 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 285
Marqaret Yohansen
Yaxşı yaddaş
demək olar, dəyişilməmişdi. Azacıq kökəlmişdi, vəs -
Osalam. Amma gözləri… Onlar sanki balacalaşmış, işığı
azalmışdı. Elə bil ağzı da kiçilmişdi. Amma yenə də onu dərhal
tanıdı.
Qadın da onu tanımışdı. Gülər üzlə, amma bir qədər
çəkinə-çəkinə salamlaşdı:
– Hə, cənab Sulberqi çoxdan tanıyıram… Allah bilir, haçan
tanış olmuşuq. Nə xoş təsadüf!
O, təzim etdi.
– Hə, hə, əlbəttə, biz… hm… çoxdan tanışıq.
Qadın gözlərini süzə-süzə yoluna davam etdi.
Əlinə bir qədəh kokteyl verdilər, o, ayaqlarını ədayla aralı
qoyub dayanmışdı. O biri əlini cibinə qoymuşdu. İndi ən böyük
istəyi əlini atıb yaxalığını açmaq, bu boğucu hissdən qurtulmaq
idi. Lənətə gəlsin bu məclisləri! Arvadı ev sahibi ilə laqqırtı…
bağışlayın, söhbət edirdi. Tfu, bu mərəkəyə necə dözmək olar?
“Hans, əzizim, axı biz cəmiyyət içinə çıxmalı, adamlarla
ünsiyyətdə olmalıyıq…” 285
İnsanlar ən maraqsız sözləri belə xüsusi ifadəylə deməyi
xoşlayır.
Bu da ev sahibinin arvadı.
– Xoş gördük, – qadın gülə-gülə onun əlini sıxdı. – Sizi
gördüyümə sevindim.
O, tələm-tələsik bir neçə dəfə təzim etdi. Bir əlində qədəh
vardı, o biri əliylə qadının əlini tutmuşdu.
Özü hər gün insanların arasındaydı, amma arvadı – başqa
məsələ. Uşaqlar imkan vermir. Ümumiyyətlə…
O, gözucu Kirstenə baxdı. “Cənab Sulberqlə mən…” Bu
fikir dən özünün də dodağı qaçdı.
Bu, iyirmi il əvvəl olmuşdu. Onda ikisi də cavan idi. Yay
möv sümü havalar çox xoş keçirdi. Cavanlıqda hər şey adama
gözəl görünür. Tətildə Huruma getmişdilər. İyirmi il… “Allah