Page 288 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 288
XX əsrin Norveç hekayələri
– Üzr istəyirəm, – o, sonuncu danışan qonağa üz tutdu, –
O medalı nəyə görə almısınız?
Qonaq vacib görkəm alıb, barmaqlarıyla stolu döyəclədi.
Özünü elə göstərdi ki, guya ağzındakı tikəni çeynəyib qurtar-
maq istəyir, əslində isə, daha çox adamın diqqətini özünə cəlb
etmək istəyirdi.
– Bunu deyirsiniz? Bilirsiniz, bu kiçik yadigar müharibə
illərindən qalıb… Axı mən, müəyyən mənada, müharibə
iştirakçısıyam… Hi, hi…
...Birdən-birə haradansa peyda olan oğlanların ördəklərə
atəş açdığını görəndə, Kirstenin əli yerdən-göydən üzüldü;
insanların zalım davranışından o qədər təsirlənmişdi ki, göz
yaşlarını saxlaya bilmirdi. Heysiz halda başını onun sinəsinə
qoyub ağlayırdı...
– Deməli, bu, bir növ müharibə qurbanlarına abidədir,
elədir?
– Qulaq as, Hans… – qadın yenidən sözə qarışdı.
– Bağışlayın, – o, sakit səslə dedi. – Yəqin, çox igid
adamsınız.
Stol ətrafında söhbət yenidən qızışdı.
– Əlbəttə, o vaxtlar … nyam-nyam-nyam… ideallar vardı.
288 Biz ideallarımız uğrunda mübarizə aparırdıq; biz bu ideallarla
böyümüşük. İndi isə cavanları yalnız narkotiklər və sevgi
macəraları maraqlandırır… nyam-nyam…
– Elədir. Özlərini quldur kimi aparırlar.
– Nyam-nyam-nyam…
...Dağa gedəndə özləriylə patefon götürmüşdülər. Dyuk
Ellinqtonun “Tənhalıq” və “Ulduz tozu” mahnılarını dinləyir -
dilər. O, qızın saçını tumarlayır, qız isə yanında uzanıb
xumarlanırdı. Qəfildən anası peyda oldu.
– İlahi, bu lənətə gəlmiş valı yığışdırın, yoxsa mən dəli
olacağam! – dedi.
Kirstenin gözlərində dərin məyusluq ifadəsi yarandı.
– Get burdan! – o qışqırdı. – Çıx get! Cavan olmamısan?
Heç nə başa düşmürsən, hər şeyi korlayırsan! Siz böyüklər,
hamınız beləsiniz!