Page 283 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 283
Odd Vinger
məqam gözləyir. Qəfildən qapı açılır və mexaniki göyərtəyə
atırlar, çətinliklə bortun tutacağından yapışır.
– İndi get özünü günə ver, murdar heyvan! – kimsə içəri -
dən onun arxasınca bağırır. Mexanik tutacaqdan yapışıb, hələ
də hərəkətsiz qalıb.
Ətrafı lal sükut bürüyüb, yalnız İngiltərədən gəlmiş
sərnişin gəmisinin göyərtəsindəki orkestr şən melodiyalar
çalır, sonra vals səslənir.
Yunqa qol saatına baxır, hələ doqquzun yarısıdır, birazdan
gəminin arxa hissəsində sakitlik bərqərar olacaq. Burada çox
dayanacaqlar, sonra da gəmi növbəti şəhərə – Mədrəsə yola
düşəcək.
Siqaret yandırıb boş yeşiklərdən birinin üstündə əyləşir.
...Pivə içib restorandan çıxdı, gəmiyə qayıtdı. Kayut-kom-
paniyada doyunca yedi, içdi, xeyriyyə cəmiyyətindən olan
qadınların göndərdiyi qalstuku götürüb baxdı, komanda
üzvlərinin arasında veyilləndi, söhbətlərini dinləyib göyərtəyə
çıxdı, İngiltərənin sərnişin gəmisinin illüminatorlarına baxma -
ğa başladı.
Tüstünü ciyərlərinə çəkib ağzından və burnundan buraxdı,
başı gicəlləndi, amma ləzzət duymadı. Boş yeşiyin üstündə
tənha oturub fikirləşirdi ki, gərək fotonu özü ilə götürəydi. 283
Körpə vaxtı stolun üstündə ata-anası ilə birgə çəkilmiş fotonu
nəzərdə tuturdu. Yaxşı foto idi. Hər halda, uzun illər əvvəl,
uşaq ikən ibadət evinin divarında gördüyü şəkildən heç də pis
deyildi.