Page 278 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 278
XX əsrin Norveç hekayələri
pəncəli, yapışqan dili olan kərtənkələ də belə hərəkətsiz daya -
nır, həmişə də yaxınlaşan ovuna qəfil hücum etməyə hazırdır.
Yunqa kandarda bir anlıq ayaq saxladı, mağazaya göz
gəzdirdi. Daş döşəməni, deyəsən, indicə silmişdilər, çünki
əsginin izi qalmışdı. Divar boyu üç tərəfdən qəhvəyi altlığı olan
şüşə vitrinlər düzülmüşdü. Bura əntiq mallar yığılmışdı: ulduz -
varı sapfirlər, mirvarilər, yaqutlar, qızıldan düzəldilmiş zinət
əşyaları, ipək parçalar, yelpiklər, bəzəkli qutular, döymələr,
gəlinciklər, nefrit, timsah dərisindən çantalar...
Yunqa başını qaldıranda mağaza sahibini gördü, o, yan
otaqdan çıxıb piştaxtanın arxasına keçdi. Qara saçlarına kokos
yağı sürtmüşdü, ağ kostyumu da göz qamaşdırırdı.
Ağ divarın yuxarı tərəfindəki pəncərə açıq idi. Oradan
bozumtul tüklü palma görünürdü, gövdələri üfüqün bir hissə -
sinin qarşısını kəsmişdi. Səma isə Hind okeanının suları kimi
gömgöy idi.
Budur, bosman gəminin bortuna yaxınlaşıb ayaqlarını bir-
birindən azacıq aralı qoyur, sidiyini dənizə buraxır. Sonra yun-
qaya saymazyana nəzər salır, heç nə söyləməyib çıxıb gedir.
– Əşi, cəhənnəm olun başımdan! – kayut-kompaniyadakı
278 həmin səs yenə bağırır. Digər dənizçilər də ucadan nə barə -
dəsə mübahisə edirlər.
Yunqa mağazadan heç nə almadı. Ağ kostyumlu mağaza
sahibi də ona mal sırımağa cəhd göstərmədi, yalnız nazik
barmaqlarını vitrinin şüşəsi üzərində gəzdirirdi. Yunqa
mağazadan çıxıb qovurucu günəşin altına düşdü, xaki rəngli
parçadan tikilmiş paltarı sanki od tutub yanırdı. Əl arabası ilə
adam daşıyan üç oğlan onu görən kimi başının üstünü aldılar,
hərəsi öz arabasına dəvət edirdi, qarşısını kəsməyə çalışır,
araba ilə böyür-başına toxunurdular. Qızmar günəşin altında
piyada getməyi qərara almışdı, küçədən tər, ərinmiş yağ və
çirkab iyi gəlirdi.
Bürkü və isti onu əldən salmışdı, qızılı-ağ şüalar dərisini
elektrik cərəyanı kimi deşir, orqanizminin hər hüceyrəsini