Page 274 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 274
XX əsrin Norveç hekayələri
yaxşıdır, onlardan xeyir gəlməz. İndi o, gələcək işləri barədə
düşünürdü. Anbardan siyənək balığını götürmək lazımdır, hələ
xarab olmayıb, yeməlidir. Yenə də ürəyində sadalamağa
başladı: kartof, bir neçə kökə… hələ yaşamaq olar. Fevralda
düyə doğacaq, süd də olacaq. Kaş Tunette tez ölməyə. Düyəni
satıb qoyunları saxlayacaqlar. Otu satsalar, dəfni birtəhər yola
vermək olar.
Gölün yanına çatanda şər qarışmışdı, amma diqqətlə
baxanda buzun üzərindəki saman çöplərini görmək olurdu. O,
ətəyinin cibindəki konfetlərə tamahsınmasın deyə saman
çöplərindən birini götürüb çeynəməyə başladı. Hə, konfetlər!
Əvvəlki vaxtlar kimi, yenə də evdəkilərə pay aparır. Kerosin
lampasını gizlətdikləri yerdən götürdü, içində hələ bir qədər
yanacaq qalırdı. Lampanı yandırmadı, aydınlıq idi, həm də yolu
yaxşı tanıyırdı.
274