Page 271 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 271
Siqbyörn Holmebakk
Yenidən yola düzəldilər. Artıq gec idi, axşam düşürdü,
dükanlar boşalmışdı, hərdənbir yoldan keçib-gedən arabaların
cırıltısı eşidilirdi.
– Tez ol, tez ol, – Birte ayaqlarını güclə sürüyən Siqvalı
tələs dirirdi.
Nəhayət, dükanın arxasındakı anbarın yanına gəlib
çatdılar. Qapıda bir cavan oğlan dayanıb onlara göz qoyurdu.
Başqa heç kəs gözə dəymirdi.
– Bəs o hanı? – Birte soruşdu.
– Kim?
– Yaşlı kişi. Bizdən saman almaq istəyirdi.
– Yəqin, Emanueli deyirsiniz, – anbarın içərisindən səs
eşidildi. Dükan sahibiydi. Dükanın yanından keçib-gedəndə,
Birte onu bir neçə dəfə görmüşdü. Bir an sonra onun özü də
qapıda göründü. Əlində bidon tutmuşdu.
– O getdi, – dükan sahibi qapıda duran oğlana yaxınlaşıb,
qulağına nəsə pıçıldadı. Oğlan başını yellədi. Birte başa düşdü
ki, onlar barədə pıçıldaşırlar. Sahib onları dükana dəvət etdi.
– Nə istəyirsiniz? – o soruşdu. Dükanda hələ alıcılar vardı.
Deyəsən, hamısı şəhərlilər idi.
– Baxır sizin verəcəyiniz pulun miqdarına. – Birte bu sözləri
deməyə özünü güclə məcbur etdi. 271
– Naqqalıq eləmə, samandan danışmıram, nə almaq
istəyirsən?
Birteyə elə gəldi ki, o, Svenə oxşayır, amma bu fikri özün -
dən uzaqlaşdırdı. Az qala, nə almaq istədiyini də unutmuşdu,
yuxudaymış kimi sadalamağa başladı: un, bir az düyü. Yavaş-
yavaş xatırlayırdı. Dükan sahibi onun dediklərini ucadan
təkrarlayırdı. “Milad günü ildə bir dəfə olur” – o, bağlamaları
zənbilə qoyduqca deyirdi. “Çox oldu, lap çox oldu, – Birte
düşündü, – saman bu qədər pul eləmir”.
– Kəndiri də götür, – dükan sahibi bağlamaların yanına bir
qutu xurma qoyanda Birte dilə gəldi: o, xurma istəməmişdi.
– Nəyimə lazımdır?– dükan sahibi güldü.
– Yaxşı kəndirdir, – Birte kəndiri sığalladı. Ardıcdan
düzəldilmiş kəndir, doğrudan da, çox hamar idi, ələ yatırdı.