Page 266 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 266
XX əsrin Norveç hekayələri
– Sveygens, hə, əlbəttə, yadıma düşdü! Körfəzdə sakit-
likdir? – dükan sahibi dalğın halda soruşub, diqqətini başqa
müştəriyə yönəltdi.
– Sakitlikdir, – Birte cavab verdi. Buraya ayaqla gəldiklərini
demək istəmirdi. – Maşınla şəhərə gəlməliydik, özümüzlə bir-
iki tay saman da götürdük.
– Hə, əlbəttə, – dukançı dedi, – bu gün nə alacaqsınız? Un,
yarma?.. – Birte cavabı gecikdirdiyi üçün o, sadalamağa davam
edirdi. Nəhayət, cavab verməli oldu: – O baxır samanı bizdən
neçəyə almağına. Saman çöldədir, istəsən, gedib baxa
bilərsən, yaxşı samandır.
Birte gülümsəyir, sanki sövdələşirdi: yəni alver alverdir.
– Samandan danışmıram, öz işlərin necədir? – o, yenə
sadalamağa başladı: – Siz, deyəsən, çoxlu quş saxlayırsınız.
Sibir xoruzunuz da var. Yun tədarükü qurtardı? Bu il nə qədər
omar tutmusunuz? Artıq dənizdə omar azalıb.
O sadaladıqca Birte başını yelləyirdi.
– Yox, yalnız saman gətirmişik!
– Təəssüf, bizə saman lazım deyil, – alverçi dedi, – bir
dəqiqə!
Birte elə bildi ki, o, samanın lazım olub-olmadığını
266 dəqiqləşdirmək istəyir. Sən demə, yeni gələn müştəri ilə
görüşmək istəyirmiş, onlar dostyana görüşdülər.
– İçəri keç, – dükan sahibi müştərini piştaxtanın arxasına
dəvət etdi. Birte şüşə qapının arxasından gördü ki, onlar
içəridə badə qaldırırlar.
Dayanıb gözləyən Birte qorxuya düşdü – iyirmi beş dəqiqə
çoxdan keçmişdi. Sahib, nəhayət, kontordan çıxdı və onların
hələ də burada dayandığını görüb hirsləndi:
– Dedim axı, bizə saman lazım deyil! – amma dərhal öz
kobudluğunu yumşaltmaq üçün əlavə etdi: – Küçənin o
tərəfindəki dükana da baş çəkin. Bəlkə, o, hələ saman döşəkdə
yatır…
Gülüş qopdu. Birte “Saman döşəkdə yatmaq nə vaxtdan
ayıb sayılır?” – demək istədi. Amma artıq gec idi, dükan sahibi
şüşə qapının arxasında gözdən itmişdi.