Page 261 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 261
Siqbyörn Holmebakk
– Bu qədər daşürəkli olma, Birte, – o, hirsindən boğula-
bo ğula mırtıldadı, – yeməyi oğlana qıymırsan, amma belinə
sa man tayı yükləmisən.
Xutordan çıxana kimi Sven onları tərk etmədi. Ondan yaxa
qurtarmaq üçün Birte addımlarını yeyinlətdi. Cığırdan işlək
yola çıxdılar, bundan sonra yanaşı addımlamaq olardı.
“Onların yolu da var”, – Birte fikirləşdi. Onlar açıqlıqdakı
torf qalağının yanına gəlib, saman taylarını yerə qoydular. Birte
o qədər həyəcanlanmış, əsəbiləşmişdi ki, özünə yer tapa
bilmirdi. Sven onu ürəyindən yaralamışdı. Özü də bunun
cəzasız qalacağını düşünürdü. “Doğrudanmı bizim barəmizdə
hamı onun kimi düşünür”. Bu fikirdən dəhşətə gəldi. Bu,
zülmət gecədə yataqda uzanıb, evə soxulan sazağı hiss etməyə
bənzəyirdi. “Kasıblığın üzü qara olsun”, – öz-özünə dedi. Dişi-
dişinə dəyirdi, bir az isinmək istədi. Bir qədər quru ot və çır-
çırpı topladılar. Nazik tozağacı budaqları tüstüsüz yanırdı,
günəş işığında alov dillərini güclə sezmək olurdu. Tezliklə köz
düşdü. Birte ətəyinin cibindən bir neçə kartof və yarım kökə
çıxardı. Kartofun bişib qurtarmasını gözləmədilər, elə alaçiy
yeməyə başladılar. Sonra bişmiş kartofu çörəyin üstünə yaxıb
yeməyə girişdilər. Ağızlarından buğ çıxırdı.
– Yaxşı ki, ot məsələsini ona xatırlatdım, – Birte mızıldandı. – 261
Qoymaram yadından çıxarsın!
– O doğrudanmı ot oğurlayıb? – Siqval soruşdu.
– Hə, oğurlayıb! Amma indi bizi alçaltmağa çalışırdı, çünki
biz… – “Kasıblamışıq” demədi. Bu sözü ucadan demək istə -
mirdi, nəhs danışmaq istəmirdi.– O, bizi alçaltmağa çalışırdı,
– Birte təkrarladı.
– Otu necə oğurlayıb, mənə danış, – yorulub əldən düş -
müş Siqval mızıldandı. Bunu əvvəllər eşitmişdi, amma bu, na -
ğıla oxşayırdı.
– Sonra danışaram, indi getməliyik.
Amma Birte yerindən qalxmağa tələsmirdi, lap ağırlaş -
mışdı. Başı hərlənirdi, gözünün önündə rəngbərəng dairələr
uçuşurdu, bəlkə də, közün üzərindəki havaydı, günəş işığında