Page 263 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 263
Siqbyörn Holmebakk
– Yaxşı ki, bunu ona xatırlatdım, – yenidən fikirləşdi. Siqval
yuxuya getmişdi. Svenin təklif etdiyi süddən və yeməkdən
imtina etdiyi üçün özünü qınayırdı. “Başqa neyləyə bilərdim?” –
özü özünə cavab verdi. Bilirdi ki, Sven bunu hamıya danışacaq.
Onda onların haqqında nə fikirləşərlər? İnsanlar belə şeyləri
unutmur.
– Lənət şeytana, mən hələ ölməmişəm! – o, Siqvalı oyatdı.
İsinmək üçün çiynini, qollarını ovxaladı. Tezliklə yenidən yola
düşdülər.
Şəhərə günorta gəlib çatdılar. Sağ-salamat gəlib çıxdıq -
larına görə sevinirdi. Get-gedə yükü ağırlaşırdı. Bəzən ona elə
gəlirdi ki, gücü tükənib, daha yeriyə bilməyəcək. Amma Svenin
həyasız gülüşünü xatırladıqca ona əlavə güc gəlirdi. Siqval o
qədər yorulmuşdu ki, hər dəfə dincəlməyə oturandan sonra
yerindən çətinliklə qalxırdı. O ağlayır, şikayətlənirdi ki, kəndir
çiyinlərini kəsir. Onun arıq, gücsüz ayaqlarına baxanda Birtenin
ürəyi sıxılırdı. Şoseyə çıxdılar. Yolun hər iki tərəfində xutorlar,
böyük otlaqlar vardı. Qırovun əridiyi yerlərdə yaşıllıq göz
oxşayırdı. Əkin yerlərində kövşənlər gözə dəyirdi. Burada
böyük təsərrüfatların olduğunu unutmuşdu. İndi gen
mərəklərə baxanda fikirləşirdi ki, görəsən, orada nə qədər
saman var? “Orada qalaqlanmış samanı arabaya doldurub, elə 263
bu dəqiqə şəhərə aparmaq olar”, – yola dağılmış saman
dəstini görən qarı məyus-məyus fikirləşdi. Döngədə saman
yüklənmiş arabaya rast gəldilər. Arabaya o qədər çox saman
vurmuşdular ki, atın ayaqları görünmürdü. Arabaçı samanın
üstündə oturub at qamçılayırdı.
Siqval da arabanı görmüşdü.
– Ora bax, – oğlan içini çəkdi.
– Bu, Sveygen samanı deyil! – Birte oğlanın arxasından
itələdi.
Samanı sata bilməyəcəklərindən qorxmurdu. Əvvəllər
oğlu ilə birgə, qayıqla şəhərə bir neçə saman tayı aparır, heç
vaxt əliboş qayıtmırdılar. Alverçilərdən şey-şüy alan oğlu
qiymət danışarkən sözarası deyirdi: “Qayığımızda bir-iki tay