Page 267 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 267
Siqbyörn Holmebakk
Birte təhqir olunmuşdu, hirsliydi. O, hirsini anbarda işlə -
yən, samanı yandırmaqla hədələyən qocanın üstünə tökdü.
Yaşlı kişi artıq saman taylarını götürüb aparmağa hazırlaşırdı.
– Çəkil görüm!
– İşlər necədir? – qoca sakit səslə soruşdu. – Mənim
özümə də saman lazımdır, – o, bir qədər susub, əlavə etdi, –
neçəyə satırsan?
– Nə qədər verərsən? – Birte bir az yumşaldı. Fəhlədən
yaxşı təklif gözləmirdi. Xutorlarda saman istəyən kasıbları çox
görmüşdü.
– İyirmi ere, – yaşlı kişi dərhal əlini cibinə atdı: göstərmək
istəy irdi ki, nağd pulla ödəməyə hazırdır.
Onunla qiymət kəsmədiyi üçün Birte sonradan peşman
oldu. Onda hələ hirsi soyumamışdı.
– Müftə verən deyiləm! – qadın hirslə saman tayını belinə
aşırdı.
Onlar saman taylarını meydana burulan döngədə yerə
qoydular. Küçənin o tərəfində saman yüklənmiş böyük bir
araba dayanmışdı. Yəqin, yolda gördükləri arabaydı. “Başqaları
da saman satır”, – Birte bir az yüngülləşdi.
– Burada gözlə, – o, Siqvala tapşırdı. Əslində, buna ehtiyac
yox idi, oğlan elə yorulmuşdu ki, yerindən tərpənməyə heyi 267
qalmamışdı.
Birtenin hirsi soyumuşdu, kütlənin arasında özünü yad
adam kimi hiss edirdi. Hamı nəsə satmağa çalışırdı: kartof,
balıq, omar, qoyun əti… Bir qadın yolka və süpürgə satırdı. “Biz
də süpürgə bağlaya bilərdik, – Birte fikirləşdi, – gələn il buraya
süpürgə gətirəcəyəm!” Bu fikir ona çox ağır gəldi. “Səfil gün -
dəyik!” – bazarın içindən keçib-gedərkən düşündü.
O, saman yüklənmiş arabanın yanına gəlib, növbə gözlə -
yən qadınların arxasında dayandı. Cavan qız və oğlan torba
tutur, araba sahibi isə ona saman doldururdu. Yanağından qan
daman möhkəm bədənli oğlan qızla zarafatlaşırdı.
– Birincidərəcəli döşək üçün saman! – o qışqırırdı. –
Zəmanət verirəm, biti-birəsi yoxdur!