Page 270 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 270
XX əsrin Norveç hekayələri
“Bütün bunlar nəyə lazımdır?” – sualı ona rahatlıq vermirdi.
Əvvəllər yorulub əldən düşdüyü vaxtlarda da beləcə qorxu
hissi keçirərdi. Amma həmişə bu hissi özündən uzağa
qovmağa çalışardı. Bilirdi ki, “Nəyə lazımdır?” sualının yalnız
bir cavabı var. Sadəcə Tunette kimi uzanıb gözləmək lazımdır.
Ah, uzanıb bir az dincəlsəydi, nə yaxşı olardı! Amma “yaxşı”
nə deməkdir, nəyi ifadə edir axı? Belə baxanda, həyatda yaxşı
heç nə olmur. Bəlkə də, Tunette “Elə ölmək istəyirəm ki! Həyat
mənasızdır” deyəndə haqlıdır. Uşaqların yanında belə sözlər
dediyinə görə Birte onu danlayanda belə, Tunette sözündən
dönmədi: “Düz deyirəm də!” Əslində, Birte də bilirdi ki,
Tunette düz deyir. Amma bu həqiqətdən oddan qorxan kimi
qorxurdu, odur ki, onu yaxın buraxmaq istəmirdi. O, həyatın
mənasızlığı barədə özünə suallar vermirdi, çünki bilirdi ki, əgər
bu, doğrudursa, onda yaşamağa dəyməz. Gözləri önündə
müxtəlif obrazlar canlanırdı: uçurumun dibindəki inək cəm -
dəyi, ölənlərin siması. Zarıya-zarıya arxasınca gələn Siqval.
Fikirləşdi ki, yaxşı şeylər haqqında düşünmək lazımdır, heç ol-
masa, nəvəsi Siqvalı yaddan çıxarmamalıdır. Məgər buraya Siq-
val üçün gəlməyib? Yox, bu, yalandır, bunu özü də bilirdi.
270 Günlərin bir günü Siqval da özünə bu sualı verəcək: Hara
gedirəm, bu yükü niyə daşıyıram? “Onu qorumaq lazımdır” –
yenidən düşündü. İndiyəcən heç nəyi qoruya bilməyib. Bəlkə
də, Siqval sağ-salamat böyüyəcək, amma nə olsun? O, addım-
addım Birtenin qorxduğu həqiqətə yaxınlaşacaq və bir gün
özünü körfəzin sahilindəki uçurumun kənarında hiss edəcək…
– Evə nə vaxt qayıdacağıq? – Siqval yenidən zarımağa
başladı.
– Tezliklə, – Birte cavab verdi, – görünür, sata bilməyə -
cəyik.
– Bəs samanı neyləyəcəyik?
– Neyləyə bilərik? Səkidə qoyub getmək olmaz. – Birta ona
iyirmi ere təklif edən qocanı xatırladı. Görəsən, sözündən qaç-
maz? Öz səsinə özü də təəccübləndi: – Bir dəfə də cəhd etmək
lazımdır.