Page 268 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 268
XX əsrin Norveç hekayələri
Birte samanın qiymətini soruşmaq istəyirdi, amma qadın -
lardan biri onu qabaqladı.
– Kisəsi yeddi ere.
– Keçən il beş ereyə satırdın, – qadın narazılıq etdi.
– Keçənilki samandan almaq istəyirsənsə, başqasına
müraciət elə, – Araba sahibi qəhqəhə çəkib gülməyə başladı.
Birtenin səbri tükəndi. “Bir kisə samana yeddi ere”, – bu,
onun nəzərdə tutduğu məbləğin yarısından da az idi. Hirsin -
dən dili-dodağı titrəyirdi. Bu oğlan samanın üstündə yata-yata,
onların gəldiyi yolun dörddə birini də qət etməmişdi. Amma
nə olsun? Burada dayanıb bir ətək pul qazanır.
Yox, ev-ev dolaşıb, samanı sakinlərə təklif etmək lazımdır,
qəpik-quruşa satmayacaq ki!
Döngəyə qayıdanda gördü ki, Siqvalın yanında polis daya -
nıb. Siqval qorxudan gözünü bərəldib, polisin üzünə zillən -
mişdi.
– Burada mal satmaq olmaz, – polis dedi, – yoldan keçən -
lərə mane olur.
– Artıq gedirik, – Birte cəld cavab verdi. İlk dəfəydi ki, polis
ona irad tuturdu.
– Küçəni zibilləməyin! – polis onların arxasınca qışqırdı.
268 Neçə saat idi ki, küçələri dolaşır, samanı sata bilmirdilər.
Saman taylarını parkın yanında xəlvət bir yerə qoyub, ev-ev
gəzir, qapıların zəngini çalırdılar. Birte burada heç kimi
tanımırdı. Yalnız onu bilirdi ki, şəhərin bu məhəlləsində varlılar
yaşayır. Samanı onlara bir az baha satmağa ümid edirdi. Həm
də burada tanışlarla qarşılaşmaq təhlükəsi yox idi. Bircə o
çatmır ki, haqqında şayiələr baş alıb getsin... Artıq insanlar
saman döşəkdə yatmırsa, neyləmək olar? Birte bu yenilikdən
baş açmırdı. Hər dəfə yad insanlar başını qapıdan çıxarıb,
təəccüblə onun üzünə baxanda, Birtenin ürəyi ayağının altına
düşürdü: “Bu da saman alana oxşamır”. Nəhayət, bir qadın
onların yüküylə maraqlandı. O, bazara getməyə hazırlaşırdı,
saman tayını evə gətirəcəklərini eşidəndə çox məmnun oldu.
Qiymət danışdılar – hər taya görə yeddi ere. Birte qadına dedi