Page 265 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 265
Siqbyörn Holmebakk
necə gedir?” İndi onun işləri ilə oğlu məşğul olur. Allah bilir, o,
Birteni tanıyacaq, ya yox? Bu arıq-quru, bir yerdə qərar tuta
bilməyən alverçi elə hey vurnuxur, piştaxtayla kontorun
arasında ora-bura qaçırdı. O, hamıyla ucadan danışır, hamının
bayramını təbrik edir, yenidən dükanına dəvət edirdi. Birte
hiss etdi ki, dükan sahibi arabir gözucu ona baxır. Deyəsən,
onu tanımışdı.
Siqval onun yanında dayanmışdı, gözlərini bərəldib,
mağazada satılan mallara tamaşa eləyirdi. Onun özü mallara
baxmağa ürək eləmirdi, bilirdi ki, onları ala bilməyəcək. Nə
satdığını da bilirdi. “Saman satıram”, – fikirləşdi və hiss etdi ki,
bu sözdən utanır. Siqvala baxdı. Nəvəsi adamlarla dolu
dükanda qorxmuş kimi görünürdü. Əri ilə buraya gəldiyi
günləri xatırladı. Onda əri bir tacirin yanında işləyirdi. Birte
lazım olan malları zənbilinə qoyur, əri isə tacirə deyirdi: “Pu-
lunu maaşımdan çıxarsan!” Birte ərinin maaşını almağa
gələndə məlum oldu ki, orada vur-tut bir neçə ere qalıb. Tacir
ona əlavə pul vermək istədi. “Mənə çatmalı olan pulu verin,
artığına ehtiyacım yoxdur!” – Birte cavab vermişdi. Sonradan
öyrənmişdi ki, simic tacir sınıq-salxaq qayıqda alver eləyirmiş,
şəhərdə ekipaj yığa bilmədiyi üçün xutorlardan və körfəz 265
sahilindən adamlar toplayırmış. Vaxtilə xatirələr onu həm
kədərləndirir, həm də əlavə güc verirdi. Amma artıq tamamilə
ruhdan düşmüşdü. “Gör nə günlərə qaldım”, – fikirləşdi.
İstənilən halda, buraya gəlməli deyildi, evdə qalıb birtəhər
yaşamalıydı. Nəhayət, onun növbəsi yetişdi.
– Saman satırsınız? – alverçi güldü. – O dəqiqə hiss olunur!
Piştaxtanın önündə dayananlar gülüşdü, dükan sahibi də
özünü saxlaya bilməyib gülümsündü.
– Məni tanımadın? – Birte zarafata salmaq istədi.
– Əlbəttə tanıdım, sən…
– Mən Sveygensdənəm, – Birte onun sözünü tamamladı.
Utandığından yer yarılsaydı, yerə girərdi, ona elə gəlirdi ki,
özünü satışa çıxarıb.