Page 260 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 260
XX əsrin Norveç hekayələri
başmağına yapışmış peyini təmizləmək üçün aşağı əyildi. –
Evdə vərəm varsa, deməli, ölüm elə də uzaqda deyil.
Birte deməyə söz tapmadı. O, Svenin həyətinə nəzər saldı.
Gördükləri ona qırmanc zərbəsindən də betər təsir etdi.
Odunlar səliqəylə üst-üstə düzülmüşdü, anbarın divarından
qurudulmuş balıqlar asılmışdı, talvarın altında iki keçi cəmdəyi
gözə dəyirdi. Keçiləri yenicə kəsmişdilər – cəmdəklər hələ
qanlı idi. Svenin hər şeyi vardı. Birte bilirdi ki, Sven məhz buna
görə özünü yekəxana aparır, onların çarəsizliyinə gülür. Pəyədə
inəklər movuldadı və Birte bu deyişmədən qalib ayrılmaq üçün
fürsətdən istifadə edib dedi:
– Acından movuldayırlar? Otun azdırsa, bir az verə bilə -
rəm.
Amma bunun köməyi olmadı. Sven həzin səslə yenidən
baş ladı:
– Yeri gəlmişkən, eşitdim ki, inəyiniz ölüb.
– Tezliklə düyə doğacaq, – Siqval cavab verdi.
– Fevraldan tez doğmayacaq. Buğa gətirməyə gedəndə sizi
görmüşəm, buradan keçib-getdiniz axı. – o, yenidən Siqvala
baxdı. – Deməli, evinizdə süd də yoxdur. Hə, o dəqiqə hiss olu -
260 nur.
– Nə çərənləyirsən? – Birte hirslənib özündən çıxdı.
– Demək istəyirəm ki, oğlan süd içmir, rəngi ağarıb. Geriyə
qayıdanda sizə bir az süd verərəm.
– Lazım gəlsə, sənə ağız açaram!
Birte ayağa qalxdı, amma Siqval hələ də mərəyin yanında
oturmuşdu.
– Acsan? – Sven qəfildən soruşdu. – Acsansa, Qinə deyim,
sənə yemək hazırlasın.
Siqval nənəsinin üzünə baxdı. Nənəsi hərəkətsiz dayan -
mışdı, üzünün ifadəsindən heç nə başa düşmək olmurdu.
Amma Siqval nə cavab verəcəyini bilirdi.
– Mən ac deyiləm.
Hirsini güclə boğan Sven onları yola kimi ötürdü.