Page 256 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 256
XX əsrin Norveç hekayələri
alıb, nəfəs dərmədən evə qədər gətirir, yorulmaq bilmirdi. İllər
keçdikcə Birte bu məqamları daha yaxşı xatırlayırdı. Hərdən
yay aylarında tarlada işlədikləri, yatağa birgə girdikləri vaxtlar
da yaddaşında canlanırdı. Ərini çox yaxşı xatırlasa da, özünü
inandıra bilmirdi ki, bütün bunlar onun həyatında baş verib.
İndi həmin yolu nəvəsi ilə birlikdə gedirdi. Sevinirdi ki,
nəvəsi var, bir neçə ildən sonra böyüyüb yekə kişi olacaq, onda
heç kəsin köməyinə ehtiyacı olmayacaq.
“Onu qorumaq lazımdır”, – dincəlmək üçün oturanda
fikirləşdi. O, ağ neftə qənaət etmək üçün fənərin fitilini çəkdi,
ətrafa qaranlıq çökdü. Yaxın ətrafda heç kəsin olmadığını bilə-
bilə pıçıltıyla danışırdılar.
– Necə bilirsən, bunları sata biləcəyik? – Siqval onuncu
dəfəydi ki, eyni sualı təkrarlayırdı.
– Əlbəttə, – Birte cavab verdi, – Milad bayramıöncəsi
hamıya saman lazım olur.
– Səncə, neçəyə satacağıq?
– Allah bilir, – qadın tərəddüdlə cavab verdi, – dəqiq deyə
bilmərəm; ilbəil qiymətlər dəyişir.
Öz-özlüyündə qərara almışdı ki, böyük saman tayını əlli
krona, Siqvalın apardığı tayı isə əlli ereyə satacaq. Almaq
256 istəyən olsa, qiymətdə güzəştə də gedə bilərdi. İstənilən
halda, bir krondan əskiyə verməyəcəkdi. Samanı tanış
alverçiyə satmağa çalışacaqdı: o, ərinin həlak olduğu qayığın
sahibiydi. Daha doğrusu, qayığın köhnə sahibi ölmüşdü, indi
onun işini oğlu davam etdirirdi. Birte onu da tanıyırdı.
Siqval elə hey soruşurdu ki, şəhərdən nə alacaqlar? Bunu
da düşünüb-daşınmış, hər şeyi yerli-yataqlı müzakirə etmiş -
dilər. Ağ neft, un, ola bilsin, bir az düyü. Bəs şəkər? Yox, şəkər
almayacaqlar. O, yaxşı bilirdi ki, iki tay samanı satıb, puluna
ürəyin istəyən hər şeyi ala bilməzsən.
Hiss etdirmədən Siqvala baxdı. “Onu qoruya bilsəydim”, –
yenə düşündü. Onun paltarına yapışmış saman çöplərini
təmizlədi. Nəvəsinin yanında olduğunu daha yaxından hiss
etmək istəyirdi. Ən çox qorxduğu şey tək qalmaq idi. Nəvəsi