Page 259 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 259
Siqbyörn Holmebakk
– Onların yanından keçib gedəcəyik, – Birte sakitcə dedi, –
dayanma!
Amma Siqval yorulmuşdu. Onlar mərəyin yanına çatanda
dözməyib oturdu. Sven çardağın altında odun yarırdı. Onları
görəndə əkilib getmək istədi, amma nə fikirləşdisə, ayaq
saxladı, əlini kəmərinə keçirib yayaş-yavaş onlara yaxınlaşdı.
“Cəmdək görmüş qarğaya oxşayır”, – Birte fikirləşdi. Svenin
sifətini ağımtıl-boz saqqal basmışdı, qıyılmış kiçik gözlərini
güclə görmək olurdu. Birte onun üzünə baxanda Sven başını
mətbəxə sarı çevirdi, sanki kimisə səsləməyə hazırlaşırdı.
Sonra saman taylarına və Siqvala baxdı. O yalnız Siqvalla
danışırdı.
– İşə bax, Siqval, bu sənsən? Hara gedirsən, oğlan?
– Şəhərə, saman satmağa gedirik, – oğlan cəld cavab verdi.
– Saman? – Sven sanki qulaqlarına inanmırdı. – Siz saman
satmağa gedirsiniz?
– Şəhərə şey-şüy almağa gedirik, – Birte sözə qarışdı, – əli -
boş getmək istəmədik. – Bilirdi ki, Sven onların çətinə
düşdüyünü hiss edib.
– Saman? – o, şübhəylə təkrarlayıb, yenidən mətbəxin
qapısına zilləndi, sanki onları içəri dəvət etmək istəyirdi.– Qışın 259
oğlan çağı çölün düzüylə samanı necə aparmaq olar? Dəli ol-
musunuz, nədir? – o, yalandan canıyananlıq eləməyə başladı.
– Yayda ot aparmaqdansa, indi saman aparmaq yaxşıdır!
İndi onlar bir-birinin üzünə zillənmişdilər. İkisi də pört -
müşdü: Birte hirsindən, Sven isə utandığından. Amma Sven
özünü o yerə qoymadı:
– Bəs Tunette?
– Həmişəki kimi sağ-salamatdır!
– Deyirlər, xəstə yatır…
– Kim deyir?
– Deyirlər… – o, iki dəfə dərindən nəfəs aldı, sanki Birteni
biryolluq məhv etməyə hazırlaşırdı: – Deyirlər, vərəmə tutu-
lub, yəqin, yalan söhbətdir, hə? – cavab gözləmədən taxta