Page 251 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 251
Siqbyörn Holmebakk
Tunette əlini müticəsinə çəkib lazımsız əşya kimi yorğanın
üstünə qoydu. Birte zənlə onun üzünə baxırdı. Yataqdan
dəhşət və ölüm qoxusu gəlirdi. Birte bir anlığa özünü itirdi.
Bilirdi ki, tezliklə gəlini dünyasını dəyişəcək, amma bunun
bahar aylarında baş verəcəyini gözləyirdi. O, vərəmin nə
olduğunu, necə inkişaf etdiyini bilirdi. Böyük qız payızda
ölmüşdü, üç il əvvəl isə oğlu indi Tunettenin uzandığı yataqda
can vermişdi. Birte onun gün-gündən arıqlayıb əldən düş -
düyünü, şam kimi əridiyini öz gözləri ilə görmüşdü. Axırda
oğlundan yalnız saçları və gözləri qalmışdı. O, elə hey öskürür
və amansız mübarizə aparırdı. Tunette isə mübarizə aparmırdı.
Taleyi ilə barışıb ölümünü gözləyirdi. Gününü dua oxumaqla
keçirdirdi. Uşaqlar qorxmasın deyə Birte ucadan dua etməyə
qoymurdu. “Birdən mən evdə olmayanda ölər” – o fikirləşdi.
İki balaca qızı ölüm ayağında olan adamla tək qoymaq
istəmirdi. Gözaltı gəlininə baxdı. Bilirdi ki, ölümqabağı vərəmli
adamların üzündə tikanlı, nifrət dolu bir ifadə yaranır. Hələ ki,
Tunettenin üzündə bu ifadə yox idi.
– Özünü necə hiss edirsən? – Birte soruşdu.
– Fikirləşirəm ki, Tanrı tezliklə məni öz yanına aparacaq, –
Tunette yanıqlı səslə cavab verdi. – Çox çəkməyəcək. – son
sözlərini o qədər yavaşcadan dedi ki, Birte onları güclə eşitdi. 251
– Boş şeydir, – Birtenin səsi sərtləşdi. – Ölməyəcəksən… –
“Hələ ölməyəcəksən” demək istəyirdi, özünü güclə saxladı. –
Yemək istəyirsən...
– İstəyirəm! – Tunette sanki tənə vururdu. O, zəif, ölgün
səsi ilə uyuşmayan qıvraq hərəkətlə yerində qurcuxdu. –
Yeməyə nəsə var? Nəsə isti bir şey...
Birte bir az yüngülləşdi. Tunettenin iştahası yerindədirsə,
qorxmaq lazım deyil.
– Sənə yemək hazırlayıb gedəcəyəm!
Bu sözləri elə adi, qətiyyətli səslə dedi ki, elə bil anbar
ərzaqla dolub-daşır. “Vəziyyətimiz elə də pis deyil, – yenidən
mətbəxə keçərkən fikirləşdi. – Kartof, quru balıq, bir az yarma,
duz, beş kökəmiz var.”