Page 247 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 247
Terye Stigen
Fru Alisa hıçqırmağa, ürəyində hamını söyüb-yamanla -
mağa başladı. Onlar gözlərini bərəldib, vəkilin üzünə zillənmiş -
dilər. Yaşlı vəkil yumşaq kreslosuna yayxanıb, rişxəndlə
gülümsəyirdi.
Peter gözünü vəkilin üzündən çəkə bilmirdi. Bu nədir? Bir -
dən-birə ona elə gəldi ki, vəkil gözünün önündəcə dəyişilir:
onun barmaqları caynağa çevrildi, bütün vücudu tüklə örtül -
dü, qulaqları yuxarıya doğru dartıldı…
– Onu gördün? – küçəyə çıxanda Peter soruşdu.
Alisanın ovqatı təlx olmuşdu, çırtma vursan qanı çıxardı.
– Nəyi?
– Görmədin?.. – Peteri tər basmışdı, buna baxmayaraq
dişi-dişinə dəyirdi. – Bilirsən, gözümə nəsə qəribə şeylər
göründü.
– Sənin gözünə həmişə nəsə görünür! – fru Alisa qeyzlə
cavab verdi və hıçqırıb ağlamağa başladı. – Kişi olsaydın, pişiyi
evdə saxlayardın, büroya verməzdin.
– Kişi olsaydım.
– Tfu, heç nə qanmırsan. Barmaqlarını bir-birinə sürtmə,
bəsdir!
– Məndən on kron aldı, – Peter zəif səslə şikayətləndi.
– Hansı krondan danışırsan? Kim aldı? – fru Alisa hirslə 247
fısıldadı.
– Pişiyi aparan adam! – Peter inildədi.
– Deyə bilməzdin ki, pulun yoxdur? Onda pişik də evdə
qalardı! – fru Alisa ağlaya-ağlaya qışqırmağa başladı. – Sən
həmişə bədxərc olmusan, pullarını lazım olmayan şeylərə
xərcləmisən!
– Pişikdən canını qurtarmaq istəyən sən deyildin?
– Kəs səsini! Əllərini cibinə qoy! Dırnaqlarına baxa bil -
mirəm, ürəyim bulanır!
Yaşlı vəkil öz kontorunda oturub gülümsəyirdi. Yanına
gələn ər-arvad kabinetindən çıxan kimi o, yan otağın qapısını
açıb, qaranlığa səsləndi:
– Piş, piş, Şah, gəl bura! Ay səni, qoca Şah!..