Page 242 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 242
XX əsrin Norveç hekayələri
– Başa düşürəm, ona görə narahatsınız. Yeri gəlmişkən,
deyəsən, barmaqlarınıza qatran bulaşıb!.. Sizə pulsuz məs -
ləhət verə bilərəm, hi-hi… Barmaqlarınızı kərə yağıyla tə -
mizləyin, amma təzə yağdan istifadə eləyin. Ləkələrdən
əsər-əlamət qalmayacaq.
Peter sakitcə çevrilib otaqdan çıxdı. Yol gedə-gedə dır -
naqlarını gəmirirdi, ona elə gəlirdi ki, rezin çeynəyir.
Bir il keçdi… iki il keçdi… Üçüncü il başa çatırdı, amma Fe-
lisiya xala hələ də qızıl suyuna çəkilmiş, dəri ilə üzlənmiş kres-
losunda şam kimi dümdüz oturub, təşəxxüs satırdı. Qreqerslər
ailəsi hər bazar günü onun ziyarətinə gəlir, bu zaman ailə
üzvlərinin üzündən kədərli, qayğılı ifadə əskik olmurdu. Gözəl
paltarlar geymiş uşaqlar divar uzunu ehtiramla düzlənib,
kreslodakı müqəvvaya zillənirdilər. Hər bazar günü buraya
gəlib bu bəzək-düzək əşyalarının, etajerlərin, Tideman və Qyu-
denin rəsmlərinin arasında gün keçirməyə məcbur olduqları
üçün ürəklərində Felisiya xalaya dərin nifrət bəsləyirdilər. Başa
düşə bilmirdilər ki, valideynləri xalanın böyük, biçimsiz
otağında toplanmış zir-zibil haqqında öz aralarında niyə belə
hörmətlə danışırlar? Otaqdakı yaşıl xalçanın üstünə çıxmağa
242 belə, icazə vermirdilər. Uşaqlar xalçanın kənarıyla, bar -
maqlarının ucunda hərəkət etməli olurdular. Bütün bunlar
uşaqlara çox qəribə gəlirdi. Neyləmək olar, bəzən böyüklərin
qəribəliklərinə dözməli olursan! Bazar günlərində başqa
uşaqları kilsəyə aparırlar. Bəlkə, kresloda əyləşən Felisiya
xalanı ziyarət etmək də ibadətin bir növüdür sadəcə uşaqlar,
belə şeyləri başa düşmür? Hə, deyəsən, burada, doğrudan da,
ibadət edirlər: Felisiya xalanın evini dörd dolaşıb, əşyaları
əlləşdirən valideynlərin gözləri boş yerə alışıb-yanmır ki!..
Xalanın ayaq tərəfində döşəkçənin üstündə xumarlanın
tosqun, qoca pişiyin – Şahın ətrafında da qəribə şeylər baş
verirdi. Qreqerslər Felisiya xalagilə gələn kimi başlayırdılar:
“Ah, gözəlim mənim, əzizim, balaca dəcəl”. Pişiyə süd vermək,
belini sığallamaq üçün əldən-ayaqdan gedirdilər.