Page 241 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 241
Terye Stigen
axşam evə gələndə Alisa ona marqarin verməli olurdu ki,
barmaqlarını təmizləsin.
– Başa düşmürəm, – Alisa deyinirdi. – Sən şöbə müdirisən!
Sənin əllərin niyə kirlənsin axı?
Adətən, Peter bu sualı cavabsız buraxırdı, amma hər dəfə
Alisa özündən çıxıb ona dişinin dibindən çıxanı deyəndən
sonra özünə söz verirdi ki, günü sabah düz bir kilo kərə yağı
alıb iş yerinə qoyacaq və işdən sonra barmaqlarını kərə yağı
ilə təmizləyəcək – bununla arvadından heyfini almaq istəyirdi.
Amma nədənsə heç vaxt belə etməmişdi.
Əvvəllər Felisiya xala Qreqerslərin yadına da düşməzdi.
Amma son üç ildə hər bazar günü ona baş çəkir, hal-əhval tu-
turdular.
– Nə var, nə yox, əziz Felisiya xala? Həkim nə deyir? – Peter
onun balışını düzəldə-düzəldə soruşurdu.
– Heç nə demir!
Bundan sonra Felisiya xala Qyudenin böyük rəsminə
zillənirdi. Ondan söz almaq mümkün deyildi.
Felisiya xalanın səhhətindən şikayətlənməməsi hamını
əsəbiləşdirib özündən çıxarırdı. Qreqerslər ailəsi bu qeyri-
müəyyənliklə heç cür barışa bilmirdi.
– Yəni heç nə eləyə bilməzsən? – fru Alisa əsib-coşmağa 241
başladı. – Belə getsə, yüz yaşı haqlayacaq. Bir şey fikirləş!
Bütün günü barmaqlarının ləkəsini sürtüb təmizləməkdən
savayı, əlindən heç nə gəlmir!
Peter heç nə demədi. Şlyapasını götürüb, həkimin yanına
yollandı.
– Həkim, – o soruşdu, – xahiş edirəm, düzünü deyəsiniz,
xalamın səhhəti necədir?
Həkim müəmmalı şəkildə gülümsündü.
– Demək çətindir, cənab Qreqers. Qəribə xəstəlikdir, dəqiq
diaqnoz qoya bilmirəm. Ola bilsin, hələ yaşayacaq, amma ölə
də bilər. Bu, necə deyərlər, müəmmalı xəstəlikdir, baş açmaq
çətindir. Əlbəttə, sizin narahatlığınızı başa düşürəm.
– Hm, – Peter mızıldandı.