Page 243 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 243
Terye Stigen
– Şah xalanın vəfalı dostudur, – uşaqların anası barmaqla -
rının ucuyla pişiyə toxunaraq deyirdi.
– Nə gözəl pişikdir, – ata dilini elə bərkdən nırçıldadırdı ki,
pişik ehtiyatla qulaqlarını şəkləyirdi.
– Xalacan, Şahın neçə yaşı var? – üzünə xəyalpərvər ifadə
verən ana soruşurdu.
– Bilmirəm, – xala qısa cavab verirdi, – çoxdur.
– Nə gözəl dərisi var! – ata heyran-heyran içini çəkir, çalı -
şırdı ki, səmimi təsir bağışlasın.
– Dərisi xarabdır, – Felisiya xala cavab verirdi, – tükü tökü -
lüb, elə bil qotur basıb.
Bununla da söhbət başa çatırdı. Felisiya xala yepiskoplar -
say ağı vacib görkəm alıb kreslosuna əyləşir, nəsə toxumağa
baş layırdı. Qəribədir, bu yaşda gözləri iti görürdü, əlləri də
əsmirdi.
– İyrənc pişikdir, – Qreqerslər evə qayıdandan sonra Alisa
deyinməyə başlayırdı, – qoxusuna dayanmaq olmur, evi iy
basıb. Ondan müqəvva düzəldib içini min kronluq kağızlarla
doldursalar belə, onu özümə götürməzdim!
– Onu bilmək olmaz!.. – Peter onun son sözlərinə inan -
madı. O, barmaqlarını bir-birinə sürtüb, qatrandan kiçik kürə -
ciklər düzəldir və gizlicə yerə atırdı. – Necə bilirsən, Felisiya 243
xala zəifləyir, ya yox?
Dilxor olmuş arvadı dərdli-dərdli başını yellədi.
– Bəzi adamlardan baş açmaq olmur. Onlara heç nə kar
eləmir. Ömür isə keçib-gedir. Qoca arvadın bu qədər canıbərk
olması mənə qəribə gəlir. Bəs həkim nə deyir?
– Heç…
Fru Alisa hirslə üst-başını çırpmağa başladı:
– Pişik iyi verirəm, başa düşürsən? İyi hiss edirsən? O mur-
dar məxluqu boğub-öldürən olsaydı…
Peter dinmədi.
– Düz yarım milyonun üstündə oturub, – o, nəhayət
dillənib köks ötürdü.
– Kim?
– Xalamı deyirəm də.