Page 246 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 246

XX əsrin Norveç hekayələri

                   – Evi tük basıb, – qadın bəyan etdi, – mənzildə sidik iyin -
               dən nəfəs almaq olmur. Mənim pərdələrimi cırıb pis günə
               qoyub. Artıq onu bu evdə görmək istəmirəm!
                   – Bəs neyləyək? – Peter soruşdu.
                   – Xidmətlər bürosuna zəng elə.
                   – Hara?
                   – Lazımsız ev heyvanlarını öldürən büroya.
                   İki gün də dözdülər. Zavallı Şahın tükləri əvvəlkindən də
               betər tökülürdü, gözlərinin odu sönmüşdü, qocalar evindəki
               yiyə siz-sahibsiz adamlar kimi kədərli, hüznlü idi. Peter xid -
               mətlər bürosuna zəng elədi. Söz verdilər ki, tezliklə adam gön -
               dərib, bu iyrənc məxluqu aparacaqlar.
                   Ertəsi gün büro işçisi gəldi.
                   – Səbəti özünüzə götürün, – Alisa dedi, – bizi bu pişikdən
               xilas edin.
                   – Yaxşı, – istehzayla gülümsünən kişinin üzündə müəm -
               malı bir ifadə yarandı. – Onu özünə götürmək istəyən tapıl -
               masa, iynə vurub öldürəcəyik. Mənə on kron ödəməlisiniz.
                   – Pişiyi öldürmək üçün on kron? – kişi pişiyi götürüb
               aparandan sonra Peter donquldanmağa başladı. – Bəziləri
               başqalarının hesabına qaz vurub, qazan doldurur!
         246       – Eybi yoxdur, elə bil miras üçün vergi ödəmisən! – Fru
               Alisa dedi. – Xahiş edirəm, barmaqlarını yaxşı-yaxşı təmizlə.
               Axı sabah vəkillə görüşəcəyik.
                   – Kişinin gülüşü xoşuma gəlmədi, – Peter arvadına dedi, –
               nəsə özünü qəribə aparırdı.

                   – Fryöken Felisiya pişiyini çox istəyirdi, – vəkilin gözləri
               yaşarmışdı, – istəyirdi ki, pişik qocalığında xoş gün görsün,
               əziyyət çəkməsin. Qarı bütün mal-mülkünü, daşınan və
               daşınmaz əmlakını, qiymətli kağızlarını, nağd pullarını, bir
               sözlə, hər şeyini pişiyi Şahın qəyyumuna bağışlayır. Pişiyi
               götürən adam ona öz ailəsinin üzvü kimi münasibət bəsləməli,
               qayğısını çəkməlidir. Əks halda, onun bütün mirası sahibsiz
               pişikləri himayə edən fonda keçəcək və fonda Şahın adı
               veriləcək.
   241   242   243   244   245   246   247   248   249   250   251