Page 276 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 276
XX əsrin Norveç hekayələri
Yunqa
ülmət hər şeyi çənginə almışdı. Qaranlıq səmaya səpə -
Zlənmiş milyardlarla bərq vuran ulduzlar tropik gecəyə
möcüzəli bir yaraşıq verirdi.
Axşamçağı sahil sularına sərnişin gəmisi yan alıb reyddə
dayandı. İllüminatorlardan düşən güclü işıq seli suda əks olu -
nurdu. Gəmi yerini rahlayana qədər xeyli kiçik dalğa əmələ
gətirdi, işıq kölgələri də dalğaların şıltaqlığına ram olub
yırğalandı, ziqzaqvarı rəsmlər yaratdı.
On yeddi yaşlı yunqa bortun kənarında dayanıb. Sərnişin
gəmisindən ucalan musiqiyə qulaq verir. Bu, ingilis gəmisidir
və yunqa bilir ki, ingilislər bu gün Milad axşamını qeyd
etmirlər. Onlarda bayram sabah başlayır. Bayramdan əvvəl
uşaqlara hədiyyə alıb corabın içində gizlədirlər, həmin gün
verirlər, böyüklər isə bir-birinə qonaq gedir.
O, dənizçi şagirdi – gənc yunqa, bu adətlərdən xəbər dar -
dır. Çox gəzən çox bilər!
Kayut-kompaniyaya toplaşmış komanda bayaqdan vur-
nuxur. Kimsə kobud səslə ucadan danışır. Bu, Sandeforddan
276
olan mexanikdir.
– Mənimlə zarafata girişənin gərək yüz başı olsun! –
bağırır.
Reyddə bir neçə gəmi var, buyların yanında lövbər salıblar,
yunqanın gəmisi də qonşuluqda dayanıb. Bu gəmilərdə çalışan
dənizçiləri gün işığında görüb – pəhləvan cüssəli adamlardır,
dünyanın bir çox ölkələrindən müxtəlif yüklər daşıyırlar.
Konteynerləri kranla qaldırıb-endirirlər, onları gəmi boyası –
“surik”lə rəngləyiblər, bəzilərini pas örtüb, üzərində də heç bir
bər-bəzəkli yazı yoxdur, sadəcə enli zolaqlar çəkilib.
Sualtı axın gəmini lövbəri ətrafında fırladır, indi gəminin
burnu zəif işıqlar gələn şəhərə baxır. Bu yaşayış məkanı sağ
tərəfdən bənd, qarşı tərəfdən isə qövsvari sahilin arasında
sıxışıb. Haradasa yaxınlıqda cəngəllik başlayır, yunqa qaran -