Page 286 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 286
XX əsrin Norveç hekayələri
bilir, haçan”… Doğrudanmı bu sözlərlə ömrün ən gözəl
günlərinin üstündən xətt çəkmək olar?
Qadın çox gözəl idi. O, qarnını arxaya çəkib, seyrəlməkdə
olan saçlarını səliqəyə saldı... Onda qadın əyninə dəbdə olan
dama-dama köynək geymişdi. Birlikdə çimir, qayıqda gəzintiyə
çıxırdılar. Axşamlar isə…
“Buyurun, hamını süfrəyə dəvət edirəm!”.
Yeməklərə söz ola bilməz. Amma günün bu vaxtında nə
ye mək?
...Onda kiçik körpülərin üstündə oturmağı sevirdilər. Otu-
rub ayaqlarını yelləyir, krevetlə pivə içə-içə qürub çağının rəng -
lərinə tamaşa edirdilər. Dənizin üzündə sayrışan işıqlara
baxırdılar. Uzaqdan, körfəz tərəfdən eşidilən mühərrikin nə -
riltisini dinləyir, heç yerə tələsmirdilər. Özlərini göyün yeddinci
qa tında hiss edirdilər...
– Belə iş olar? – ev sahibəsinin səsi eşidildi. – Dəhşətdir!
Uşaq cinayətkarlığı, narkomaniya… Mənim fikrimi bilmək
istəyirsiniz?.. Yox, xahiş edirəm, əzizim, bir tikə də götür: heç
olmasa, bir gün qarın-göbək barədə düşünmə…
– Biz cavan olanda, – Kirsten (indiki Kirsten) sözə qarışdı, –
hər şey başqa cür idi. Belə şeylərə imkan vermirdilər.
286 “Biz cavan olanda, – o fikirləşdi, – qızılı rəngə çalan saçların
boynuna tökülürdü. Saçların ağ yastığın üzərində canlı kimi
qıvrılırdı. Onları tumarlamaqdan doymazdım. Saçını darayan -
da qığılcım saçırdı. Onda səsin də başqaydı”.
– Biz cavan olanda, – Kirsten indiki səsiylə davam etdi, –
ana bətnindəki döl kimi məsum idik. Elə bilirdik ki, opüşdən
hamilə qalmaq olar. Amma yenə də sudan quru çıxmağı
bacardıq.
Gülüşmə qopdu – qonaqlar səs-səsə verib onun sözlərini
təs diqlədilər.
O, bir qurtum kokteyl içib, Torsenlərin bağ evindən qayıt -
dıqları günü xatırlamağa başladı.
...İkisinin də on doqquz yaşı vardı. Böyüklərin iştirak etmə -
diyi əyləncə gecəsindən qayıdırdılar. İkilikdə – Kirsten və o –